Publika.az axşam.az-a istinadən qara gavalının
bilmədiyiniz faydalarını sadalayır:
Bu meyvə uzun sürən qəbizlikdə, mədə qıcqımasında, aterosklekrozda,
böyrək xəstəliyində və revmatizmdə istifadə edilir.
O, iştaha artıran, mədə ağrısını kəsən və sidikqovucu kimi
işlədilir.
Qara gavalının həlimi və kompotu gözəl yüngül işlədici vasitədir.
Səhər acqarına yeyilməsi məsləhətdir.
Bundan başqa, bu meyvə kalium, natrium, kalsium, maqnezium,
fosfor, mis, manqan, sink, xrom, yod və ftorla zəngindir. Yatmazdan
qabaq 5-6 ədəd qara gavalı yemək, işlədici kimi təsir göstərir.
Qara gavalını yeməzdən əvvəl üstünə qaynar su tökmək lazımdır. Onu
qaynatmaq və şirinləşdirmək olmaz.
Bel ağrısı zamanı gavalının tumunun özəyindən 25 ədəd, 250 ml arağa
töküb, 7 gün saxlanılılr, hazır olduqda ağrıyan yerə sürtülür.
O, ateroskleroz, hipertoniya və böyrək xəstəliklərində vəziyyəti
əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Qara gavalıdan dəmlənmişi
ödqovucu, yüngül işlədici və ümumi möhkəmləndirici kimi istifadə
edilir. Sümüklərin möhkəmliyini saxlamaq üçün, xüsusilə yaşlı və
uşaqlar quru gavalı yeməlidir.
Ürək üçün də qara gavalı çox xeyirlidir.
Həmçinin gavalı arıqladır, eyni zamanda xərçəng xəstəliyinin
qarşısını alır.