ABŞ ordusu Çin dronlarından imtina etdi

ABŞ ordusu Çin dronlarından imtina etdi
08:05 10 Avqust 2017
Ölkə mətbuatı
A- A+

ABŞ ordusunun komandanlığı rəsmi əmrlə Çinin DJİ şirkətinin pilotsuz uçuş aparatlarından istifadə olunmasını qadağan edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, əmr eyni şirkətin bütün növ dronları və proqram təminatına şamil olunur. Əmrdə şirkətin bütün proqram əlavələrinin bağlanması, dronlarının batareyalarının və informasiya daşıyıcılarının sökülməsi tələbi də yer alıb. Səbəb onların kiberhücumlar qarşısında zəif olmasıdır.   
 
DJI dronlarının ABŞ ordusunda geniş istifadə olunduğu bildirilir. Çin şirkəti bu qərardan təəccübləndiyini və üzüntü duyduğunu bəyan edib.
 
"Goldman Sachs" və "Oppenheimer" analitiklərinin məlumatına görə, DJİ dronları dünyada kommersiya və istehlak bazarının 70%-ə yaxınını tutur. Ekspertlərin fikrincə, yaxın 5 ildə bu bazarın həcmi 100 milyard dollara çatacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/570477.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR