ABŞ uşaq hacker yetişdirir

ABŞ uşaq hacker yetişdirir
09:05 10 Avqust 2017
Ölkə mətbuatı
A- A+

ABŞ, kiber təhlükəsizlik sahəsindəki işci yoxluğunu doldurmaq üçün maraqlı bir işə imza atdı. Hackerlığa başlanğıc dərsi ilə birlikdə kiçik uşaqlara kiber təhlükəsizliyin əhəmiyyəti öyrədilir.

Milli.Az technote.az-a istinadən bildirir ki, hər ötən gün fərqli sahədə özünü göstərən kiber təhlükəsizlik, gələcəkdə insanlıq üçün daha da kritik bir yerə sahib olacaq. Kiber təhlükəsizlik sektorunda yalnız ABŞ-da belə 2 milyona yaxın işci yoxluğu var.

Bu məsələni düzəltmək adına maraqlı bir hərəkətə imza atan ABŞ, kiçik yaşdakı uşaqlara hackerlığa başlanğıc  dərsi keçməyə başladı. Daha əvvəl lisey səviyyəsinə qədər keçirilən kiber təhlükəsizliyin artıq ibtidai məktəb səviyyəsinə qədər enmiş olması isə olduqca diqqət çəkir.

Məşhur kiber təhlükəsizlik fəaliyyəti Defcon-daki r00tz Asylum fəaliyyətində ABŞ ordusuna mənsub zabitlər tərəfindən uşaqlara hackerlığın etik ölçüsü və incəlikləri haqqında əhəmiyyətli məlumatlar verilir.

Bu fəaliyyətlərlə xüsusilə bu sahədə əlaqəsi olan şəxslərin daha erkən fərq edillib yetişdirilməsi və ölkə kiber təhlükəsizliyi üçün təsirli rol oynaması məqsəd qoyulur. NSA-nın da stand açdığı DEFCON-a hökumət də böyük əhəmiyyət göstərir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/570483.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR