Adı Sinan Akçıl ilə eşq dedi-qodularına qarışan Cansu Taşkın üsyan edib: "Çıxan eşq xəbərlərindən sonra Sinanla dostluğumuz da bitdi".
Milli.Az bildirir ki, Sinan Akçıl və Cansu Taşkın bir neçə gün öncə Bodrumda birlikdə görüntülənmişdi.
Xeyli səmimi olan və qucaqlaşan ikili haqqında "Eşq yaşayırlar?" dedi-qoduları yayılmağa başlamışdı.
Bütün bu xəbərlərdən sonra Taşkından sərt cavab gəldi: "Bir neçə gündür haqqımda çıxan Sinan Akçıl ilə əlaqəli əsassız xəbərlərə etibar etməyin. Biz onunla 2 ildir dostuq. Biz sevgili deyilik və belə bir şey olada bilməz! Çıxan yersiz xəbərlərdən sonra dostluğumuzu da sonlandırmışam"
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində