Putinin mətbuat katibinin qızı fransız iş adamı ilə sevgilidir - FOTO

Putinin mətbuat katibinin qızı fransız iş adamı ilə sevgilidir - FOTO
11:37 10 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun qızı Yelizaveta Peskova İnstaqram səhifəsində yeni sevgilisinin fotolarını paylaşıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, dövlət katibinin qızı fransız iş adamı Lui Valdberqlə sevgilidir. "Tazer Lighter" alışqanlarının istehsalı ilə məşğul olan Luinin öz biznesini 19 yaşlı sevgilisinin hesabına Rusiyada da inkişaf etdirmək niyyətində olduğu deyilir. 

Cütlüyün ilk birgə çəkilmiş fotosu mayda keçirilmiş Kann kinofestivalına aiddir. Lui Parisin yaxınlığında yaşayır. Onun Çeçenistan prezidenti Ramzan Kadırovla da yaxşı münasibətləri var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/571420.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR