"Dəniz kuboku - 2017" iştirakçılarının mini-futbol yarışı - Azərbaycan qalib oldu - FOTO

"Dəniz kuboku - 2017" iştirakçılarının mini-futbol yarışı - Azərbaycan qalib oldu - FOTO
14:05 10 Avqust 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

"Dəniz kuboku - 2017" müsabiqəsində iştirak edən Azərbaycan HDQ-nin "G-124" gözətçi gəmisi, Rusiya HDD-nın "Qrad Sviyajsk" kiçik raket gəmisi, İran HDQ-nin "Cövşən" raket kateri və Qazaxıstan HDQ-nin "Sarıarka" raket-artilleriya gəmisinin ekipajları mini-futbol üzrə yoldaşlıq görüşlərində güclərini sınayıblar.

Azərbaycan Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Dənizkənarı Milli Parkdakı idman meydançasında təşkil olunan oyunlar olimpiya sistemi üzrə keçirilib.

Azərbaycan və İran komandaları arasında keçirilən görüşdə meydan sahibləri 6-3 hesabı ilə qalib gəliblər. Rusiya və Qazaxıstan komandaları arasında keçirilən görüşdə isə Rusiya dənizçiləri 3-2 hesabı ilə uğur qazanıb. Gərgin final oyununda Azərbaycan dənizçiləri Rusiya komandasına 8-5 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

Üçüncü yer uğrunda keçirilən görüşdə isə İran dənizçiləri Qazaxıstan komandasını 5-2 hesabı ilə məğlub ediblər. Sonda komandalara medallar, fəxri fərmanlar, hədiyyələr və kuboklar təqdim olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/571477.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR