Məşhur müğənni arvadı ilə doğuşa girəcək

Məşhur müğənni arvadı ilə doğuşa girəcək
14:12 10 Avqust 2017
102 Maraqlı
Ölkə mətbuatı
A- A+

Əkiz körpələrini qucaqlarına almaq üçün gün sayan musiqiçi cütlük Fettah Can ilə Cansu Kurtçu ötən gün İstanbulun Etiler səmtində görüntüləniblər.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, körpələri üçün alver etdiklərini deyən Fettah Can-Cansu Kurdçu cütlüyü baş-başa yemək yeyiblər.

Hamiləliyinin 26-cı həftəsinə girdiyini deyən Kurdçu "Zaman keçdikcə daha da həyəcanlanıram. Hamiləlik işlərimi görməyə mane olmadı. Mahnı yazmağa davam etdim" deyib.

Əkizlərinə hələ ad seçmədiklərini söyləyən Fettah Can doğuşa özünün də girəcəyini açıqlayıb.

Məhəmməd Vaqif
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/571478.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR