Əməkdar artistin yeni layihəsi

Əməkdar artist Hüsniyyə Mürvətova “Mənim dünyam” adlı yeni layihəsini təqdim edib. 

Aktrisa Metbuat.az-a açıqlamasında deyib: “Zamanım olduqca yeni şeirlər səsləndirirəm. Bu işdən xüsusi zövq alıram. Bildiyiniz kimi mən dublyaj da filmlər səsləndirirəm. Yəni şeir oxumaq, film səsləndirmək mənim işimin bir hissəsidir. Bu ekran işini mənə rejissorumuz təklif etdi və bəyəndim. Düşünürəm ki, sonra fərqli bir iş ərsəyə gəldi”.

Qeyd edək ki, ekran işinin rejissoru və montajoru İbrahim Feyzullayevə (İBO), prodüsseri isə Zeynəb Abdullahdır. Aktrisanın vizaji Samirə İbrahimovaya məxsusdur. Fotolar isə Elşad Musayev lentə alıb. Video çarxda Hüsniyyə Mürvətova Leyla Əliyeva, Cəlil Cavanşir, Nəbi Xəzri, Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə və Vaqif Taci Ələzlinin şeirlərindən səsləndirib. Aktrisa geyimlərində bayrağımızın rənglərindən istifadə edib.


Bu da Zamiqin yeni mahnısı - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR