"CinemaPlus"da Faiq Babanlı ilə ovun sirrləri nümayiş olunacaq

"CinemaPlus"da Faiq Babanlı ilə ovun sirrləri nümayiş olunacaq
17:17 10 Avqust 2017
91 Şou
Ölkə mətbuatı
A- A+

Bakı. 10 avqust. REPORT.AZ/ Premium kinoteatr "CinemaPlus Azerbaijan"da avqustun 30-da keçmiş idmançı, qaydasız döyüş üzrə Respublika və beynəlxalq turnirlərin qalibi, ovçu Faiq Babanlının iştirakı ilə "Peru" sənədli filminin premyera öncəsi nümayişi keçiriləcək.
"Report"un məlumatına görə, film Peruya ən təhlükəli və çətin səfərdən bəhs edir. Ov qanununa görə, əgər cəngərliklərdə güclü yağış yağırsa və göydə ay görünürsə, deməli heyvanlar gizlənəcək. 
Faiq Babanlı filmin rejissoru Asif İlyasov ilə birlikdə məcburən cəngərliklərin tropik yağışlı meşələrində maçete ilə özlərinə yol açaraq keçilməz dərinliklərə daxil olurar. 
Qeyd edək ki, Faiq Babanlı dünyanın 73 ölkəsində olub. O, Afrikada, Amazon cəngərliklərində, Yeni Zelandiyada, Avstraliyada, Alyaskada, Qrenlandiyada, Kolumbiyada, Kamçatkada ov edib. Eyni zamanda, Pamir, Tyan-Şan, Himalay, Pireney sıra-dağları kimi dünyanın ucqar yerlərində olub və öz kolleksiyasını artırmaqda davam edir.

Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/cinemaplus-da-faiq-babanli-ile-ovun-sirrleri-numayis-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR