Qızılın qiyməti 1280 dolları qırarsa, yeni alışlar başlaya bilər

Qızılın qiyməti 1280 dolları qırarsa, yeni alışlar başlaya bilər
19:17 10 Avqust 2017
Ölkə mətbuatı
A- A+

İsveçrənin maliyyə xidmətləri holdinqi UBS, qızılın 1,280 dollar səviyyəsini aşması durumunda yeni alışların başlayacağını bildirib. Bu da qızılın qiymətinin daha da qalxması ilə nəticələnəcəkdir. 

UBS analitiki Joni Teves, qızıl üçün  potensial riskin dolların qalxması ola biləcəyini sözlərinə əlavə edib.
 
Milli.Az marja.az-a istinadən bildirir ki, qızıl ABŞ və Şimali Koreya arasındakı gərginlik ilə əlaqədar olaraq bahalaşır. 

ABŞ Əmtəə Əməliyyatları Komissiyasının məlumatlarına görə, qızılda uzun mövqelərin sayı (alışlar) 1 Avqust ilə bitən həftədə 64 faiz artıraraq 122,773 səviyyəsinə qalxıb. 

Qızıl Cümə axşamı günü 14 iyundan bu yana ilk dəfə 1280 dollar səviyyəsinin üzərinə çıxıb. bakı vaxtı iləs saat 18:20də qızılın unsiyası 1287 dollardan alıcı tapıb.  

Blooomberg Dollar Spot İndeksi bu il 8.4 faiz düşüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/565343.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR