Tehranın yeni meri seçilib

Tehranın yeni meri seçilib
20:52 10 Avqust 2017
38 Dünya
Ölkə mətbuatı
A- A+

Məhəmmədəli  Nəcəfi Tehran Şəhər Şurasında baş tutan səsvermədə yekdilliklə (21 səs) İran paytaxtının yeni meri vəzifəsinə seçilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bununla da o Tehranın 16-cı meri oldu.
Məhəmmədəli Nəcəfi "İslaahat" düşərgəsindən olan 66 yaşlı siyasətçidir.  Prezident Həsən Ruhaninin ilk dövlət rəhbəri dövründə o prezidentin müavini və Mədəni İrsin Qorunması Təşkilatının sədri vəzifəsində çalışıb.  M.Nəcəfi həmçinin bir müddət İranın Tədqiqat və Təhsil Proqramlaşdırılması Təşkilatının rəhbəri vəzifəsində çalışıb.
 
Tehranın sabiq meri Məhəmməd Baqir Qalibafın 3 dövr bu vəzifədə çalışıb. M.B.Qalibaf  Mühafizəkarlar düşərgəsinin tanınmış siyasətçisidir ki, prezident seçkilərində  hazırkı prezident Həsən Ruhanin əsas  rəqiblərindən biri hesab olunub. Qalibaf 2005-ci ildən Tehranın meri vəzifəsində çalışıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/571594.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR