Şimali Koreya münaqişəsi Asiya fond birjası indekslərinin azalmasına səbəb olub

Şimali Koreya münaqişəsi Asiya fond birjası indekslərinin azalmasına səbəb olub
20:57 10 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 avqust. REPORT.AZ/ Asiya-Sakit Okean ölkələrinin fond birjası indeksləri Şimali Koreya münaqişəsi səbəbindən azalmağa başlayıb. 
"Report" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, "ATP MSCI Asia Pacific" məcmu indeksi 0,7% azalma göstərib. Yaponiyanın "Nikkei 225" indeksi 0,1%, Avstraliya "ASX" 0,1%, Hindistanın "Sensex" indeksi 0,5% azalıb.
Çinin "Shanghai Composite" fond birjası indeksi 0,9%, Cənubi Koreya "KOSPI" 0,3%, Honq-Konq "Hang Seng" və Tayvanın "Taiex" indeksləri 1,4% geriləyib.
Qeyd edək ki, Şimali Koreya rəsmiləri dünən ABŞ hərbi bazasının yerləşdiyi Quam adası ətrafına raket zərbələri endirə biləcəyi açıqlamasını bir daha təkrar edib.  

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/simali-koreya-munaqisesi-asiya-fond-birjasi-indekslerinin-azalmasina-sebeb-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR