Əməkdar artist: "Yoldaşıma görə qorxurdum" - FOTO

Əməkdar artist: "Yoldaşıma görə qorxurdum" - FOTO
21:12 10 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Ənvər Həsənov kino həyatından söz açıb. Milli.Az-a açıqlama verən məşhur aktyor ömrünü həsr etdiyi kino sənətinin çətinliklərindən danışıb:

"Bütün həyatımı kinoya həsr etmişəm. Kino ağır sənətdir, hər insan bu əzab-əziyyətə qatlaşa bilmir. Bəzən illərlə şəhərdə yaşayan insan o dağ sənin, bu dağ mənim deyib çəkilişlərdə olur. Xəstələndiyimiz vaxtlar da olub, amma yenə də kinodan əl çəkməmişəm. Mən özüm bu əziyyəti görmüşdüm deyə həyat yoldaşımın filmlərdə çəkilməsini istəmirdim.

Hətta ona "Qaçaq Nəbi" filmindən dəvət gələndə də onu bu təklifdən uzaqlaşdırmaq istədim. Çünki orada at çapmaq, döyüş səhnələri və s. var idi. Sözün düzü, ona görə qorxurdum. Amma buna baxmayaraq, o, bu filmdə çəkildi. Çünki mənim kimi bu istək onun da canında var idi. Əlbəttə, kinonu sevmişəm və sevirəm də. Kino millətin gözüdür, güzgüsüdür. Mən nə qazanmışamsa, kinoda qazanmışam".

Əli Rəhimoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/571092.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR