Misirli gəncin mədəsindən 39 mismar və alışqan çıxdı

Misirli gəncin mədəsindən 39 mismar və alışqan çıxdı
22:12 10 Avqust 2017
110 Maraqlı
Ölkə mətbuatı
A- A+

Misirli həkim xəstənin mədəsindən 39 mismar, alışqan və dırnaqtutan çıxarıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 30 yaşlı pasient cərrah Abdurrəhman Mustafaya müraciət edərək mədəsində ağrıların olduğunu deyib.

Ultrasəs müayinəsi zamanı xəstənin mədəsində qəribə predmetlər aşkarlayan cərrah pasienti əməliyyat edib. 3 saat davam edən əməliyyat nəticəsində gəncin mədəsindən 39 mismar, alışqan və dırnaqtutan çıxıb. Xəstənin valideynləri onun belə əşyaları udduğunu və artıq bir neçə dəfə oxşar problemi yaşadığını deyiblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/571613.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR