Azərbaycan neftinin SON QİYMƏTİ

Azərbaycan neftinin SON QİYMƏTİ
23:47 10 Avqust 2017
Ölkə mətbuatı
A- A+

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 9-da 53,7 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamı gününə olan göstəricidən 0,24 dollar/barel azdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 9-da 53,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,23 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 9-da 50,86 dollar/barel təşkil edib ki, Trend-ə görə, da əvvəlki qiymətdən 0,13 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 9-da 51,97 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,18 dollar/barel azdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/571625.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR