Marakuyya - yayın simvolu

Marakuyya - yayın simvolu
01:32 11 Avqust 2017
174 Maraqlı
Ölkə mətbuatı
A- A+

Marakuyya və ya yeməli passiflora Braziliya torpağında bitən meyvədir. Passifloranın meyvəsi marakuyya adlanır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Amerika torpağına ilk dəfə qədəm basan ispanlar meyvənin çiçəyini görcək onu kral hədiyyəsinə bənzədərək "kavaler ulduzu" adlandırmışlar. Marakuyya portuqal sözüdür, ingilis, fransız və amerikalılar onu ehtiras meyvəsi, indoneziyalı və malayziyalılar isə markiz hesab edirlər.

Deyirlər ki, marakuyyanı bir dəfə dadan heç vaxt onun turşməzə dadını və möhtəşəm ətrini unuda bilmir. Xarici görünüşünə görə portağalı xatırladan marakuyya sərt və hamar səthə malikdir, meyvələri müxtəlif rəngdə olur. Braziliya karnavallarında marakuyya yayın simvolu hesab edilir.

Almaniyada marakuyyalı dondurma, Braziliyada isə marakuyyalı muss çox məşhurdur. Ümumiyyətlə, marakuyyanı daha çox meyvəsinə görə yetişdirirlər və şirə istehsalında digər şirələrə ətirləndirici kimi əlavə olunur. Onun gözəl qoxusundan ətriyyat sənayesində də istifadə olunur.

Marakuyya Braziliyadan başqa digər Cənubi Amerika ölkələrində, Cənubi Afrika və Avstraliyada da bitir. Çox tez məhsul verir. Tünd bənövşəyi rəngli, iri və ağır marakuyya daha keyfiyyətli olur. Qəhvəyi, sarı və ya qırmızı rəngli meyvələr bitmə yerindən və sortundan asılı olaraq o qədər də keyfiyyətli olmur. Səthi qarışıq meyvə daha yaxşı yetiş olur. Yetişmiş meyvəni soyuducuda 5 gün saxlamaq mümkündür.

Meyvənin kökü, gövdəsi və yarpaqları zəhərlidir, lakin onun sulu ləti zülal, karbohidrat, sellüloz, vitamin və digər elementlərlə zəngindir. İşlədici təsirə malikdir, bağırsaq fəaliyyətini yaxşılaşdırır. Sidik turşusunu orqanizmdən xaric edir. Yuxu gətirdiyinə görə onun toxumlarını çox yemək məsləhət deyil. Marakuyyanın şirəsi sakitləşdirici təsir göstərir, dərinin regenerasiyası, tonus və elastikliyini artırır və onu nəmləndirir. Buna görə də onu bir çox kosmetik vasitələrin tərkibinə daxil edirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/571458.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR