Ən təhlükəsiz ölkələrinin reytinqi açıqlanıb

Ən təhlükəsiz ölkələrinin reytinqi açıqlanıb
07:32 11 Avqust 2017
145 Maraqlı
Ölkə mətbuatı
A- A+

Numbeo şirkəti 2017-ci ildə dünyanın ən təhlükəsiz ölkələrinin reytinqini açıqlayıb. Burada təhlükəsizlik və cinayətin az olmasına görə ən yaxşı göstəricini Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) nümayiş etdirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Abu-Dabi 86,46 bal təhlükəsizlik indeksi ilə reytinq cədvəlinə başçılıq edib. Ondan sonra Bazel (İsveçrə), Münxen (Almaniya), Sinqapur (Sinqapur), Kvebek (Kanada), Taybey (Çin), Boyse (ABŞ), Bern (İsveçrə), Sürix (İsveçrə) şəhərləri göstərilir.

Dəkkə (Banqladeş) Asiyada, San-Pedro-Sula (Qonduras) isə dünyada ən təhlükəli şəhər hesab olunur.

Qeyd etmək lazımdır ki, Numbeo şirkəti beynəlxalq reytinqlərin hazırlanmasında məlumatların toplanması və təhlili üzrə ixtisaslaşır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/571532.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR