Süni intellekt sayəsində Çikaqoda ağır cinayətlərin sayı azalıb

Süni intellekt sayəsində Çikaqoda ağır cinayətlərin sayı azalıb
08:12 11 Avqust 2017
104 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Çikaqo şəhərinin polis idarəsi cinayətlərin proqnozlaşdırılması alqoritmindən hələ bu ilin əvvəlindən istifadə etməyə başlayıb. Bunun üçün təhlükəli rayonlar əlavə kamera və sensorlarla təchiz edilib, cinayətlərin proqnozlaşdırılması proqramı istifadəyə verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "ağıllı" alqoritmdən istifadə şəhərin müxtəlif rayonlarında törədilən ağır cinayətlərin sayını əhəmiyyətli dərəcədə azaltmağa imkan verib. Belə ki, Çikaqonun 7-ci rayonunda ötən illə müqayisədə silahlı atışmaların sayı 40 faiz, qətllərin sayı 33 faiz azalıb. Digər üç rayonda bu göstərici orta hesabla 25 faiz təşkil edib.

Çikaqo polisinin istifadə etdiyi cinayətlərin proqnozlaşdırılması alqoritmləri sosial, iqtisadi məlumatları, hətta hava haqqında informasiyanı analiz edərək bir çox amilləri nəzərə alır. Bundan başqa, müşahidə kameralarından toplanmış məlumatlar da tətbiq edilir. Süni intellekt digər vasitələrdən istifadə etməklə cinayətkarlar və şübhəlilərin siyahılarını müntəzəm olaraq müqayisə edə bilir. Silahlı atışma zamanı açılan atəşlərin təyini sistemi də işə cəlb edilib.

Sistemin işə salınmasına təxminən 1 milyon dollar xərclənib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/571534.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR