AİB "Şimal-Cənub" layihəsi üçün kreditin məbləğini iki dəfə artırdı

AİB "Şimal-Cənub" layihəsi üçün kreditin məbləğini iki dəfə artırdı
10:22 11 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Asiya İnkişaf Bankı (AİB) "Şimal-Cənub" dəmiryolu dəhlizi layihəsi, eləcə də Azərbaycanın dəmir yolu sektorunun inkişafı üçün kreditin məbləğini artırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu məbləğ 200 milyon dollardan 400 milyon dollara qədər artırılıb.

Məlumatda həmçinin qeyd olunur ki, lazımi informasiya toplamaq üçün avqustun 1-11-də Azərbaycana səfər etməli olan AİB missiyası 28 avqust-8 sentyabr tarixlərində ölkəyə səfərə gələcək.

Kreditin təsdiq olunması ilə bağlı tarix hələ dəqiqləşməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/571678.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR