Türkiyənin tanınmış aktyoru 94 yaşında vəfat edib

Türkiyənin tanınmış aktyoru 94 yaşında vəfat edib
10:52 11 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 11 avqust. REPORT.AZ/ Türkiyənin tanınmış aktyoru Seyfəddin Karadayı vəfat edib. 
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, aktyor 94 yaşında dünyasını dəyişib. 
S.Karadayı İstanbulda dəfn olunacaq. 
Qeyd edək ki, S.Karadayı 1923-cü ildə İstanbulda anadan olub. Ailəsinin istəyi ilə hərbi məktəbə daxil olub və uzun illər ordu sıralarında zabit kimi xidmət edib. O, 46 yaşında polkovnik rütbəsi ordudan təxris olunub  və təqaüdə çıxıb. Təqaüdə çıxdıqdan sonra filmdə çəkilmək təklifi alıb və qəbul edib. Bundan sonra aktyor kimi fəaliyyətə başlayıb. 
Kemal Sunal ilə 12 filmdə birgə oynayıb. Ümumilikdə 750 ekran əsərində və çox sayda seriallarda rol alıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/turkiyenin-taninmis-aktyoru-94-yasinda-vefat-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR