Şok kadrlar: killer bərbərxanada güllələndi - VİDEO - FOTO

Şok kadrlar: killer bərbərxanada güllələndi - VİDEO - FOTO
11:05 11 Avqust 2017
169 Maraqlı
Ölkə mətbuatı
A- A+

Şimali və Cənubi Amerikaların ən qəddar, genişmiqyaslı və təhlükəli mütəşəkkil cinayətkar qruplaşmaları olan "Mara Salvatruça" (M13) və "Los-Zetas" arasındakı toqquşmalar səngimək bilmir. Bu qarşıdurmanın növbəti qurbanı Oskar Martin Mendosa Barrero olub.

Perulu Barrero bərbərxanada güllələnib.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, olay Argentinanın Kalyao şəhərində baş verib.

Vətəni Peruya ekstradisiyasından öncə saç düzümünü dəyişmək fikrinə düşən Oskar Martin Mendosa Barrero bərbərxanaya yollanmışdı. O, oturub növbə gözləyərkən qəflətən içəri girən, başında motosikletçi şlemi olan şəxs tapançanı çıxararaq Oskara 4 dəfə atəş açıb.

Aldığı yaralardan Oskar yerindəcə həlak olub.

Güllənənən "Mara Salvatruça"nın, qatil isə "Los Zetas"ın mənsubu idi.

"Mara Salvatruça"nın Perudakı bölməsinin rəhbəri, "Bhell Bhoy" ləqəbli  Arbin Santilian Rios hazırda Perunun paytaxtı Limada həbsdədir.

Ris əvvəllər killer olub.

Oskar da killer idi və "Servando" ("Xidmətçi") ləqəbi ilə tanınırdı.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Kriminal avtoritetin güllələnmə anı


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/571665.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR