Azərbaycanlı skripkaçı Londonda konsert verib

Azərbaycanlı skripkaçı Londonda konsert verib
15:12 11 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 11 avqust. REPORT.AZ/ Azərbaycanlı skripkaçı Nəzrin Rəşidova Londonda konsert verib.
"Report" xəbər verir ki, konsert şəhərin məşhur “St. James`s” kilsəsində keçirilib.
N.Rəşidova pianoçu Daniel Grimvudun müşayiəti ilə Jozef Yonqen və Pol Levisin əsərlərindən nümunələr səsləndirib.
Konsert zamanı N.Rəşidova Fransanın tanınmış skripkaçısı Emil Soğeyə mənsub olan, 1744-cü ildə hazırlanmış skripkada ifa etmək şərəfinə layiq görülüb.
Qeyd edək ki, Kral Musiqi Akademiyasının məzunu N.Rəşidova dünyanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edib, beynəlxalq müsabiqələrdə uğur qazanıb və bir sıra mükafatlar alıb.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/azerbaycanli-skripkaci-londonda-konsert-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR