Bel ağrılarının səbəbi budur - VİDEO

Bel ağrılarının səbəbi budur - VİDEO
15:58 11 Avqust 2017
Ölkə mətbuatı
A- A+

İnsanlara daha çox Bexterev xəstəliyi kimi məlum olan ankilozlaşdırıcı spondilit onurğanın xronik iltihabi xəstəliyidir. Bu xəstəlik zamanı əsasən oma-qalça, fəqərəarası və fəqərə çıxıntıları oynaqları zədələnir. Bəzi xəstələrdə ətrafların oynaqları və daxili orqanlar da prosesə cəlb olunur. Bu vəziyyət Bexterev xəstəliyi üçün xarakter olan "dilənçi pozası" adlanır.

Axar.az xəbər verir ki, xəstəliyin yaranmasını çox zaman immun sistemdəki genetik dəyişiklərlə əlaqələndirirlər.

Yeni genetik təsnifata görə spondiloartrit (Bexterev xəstəliyi) autoinflammator genetik xəstəliklər qrupuna aiddir. Əsas simptom onurğanın zədələnməsidir. Xəstəlik tədricən başlayır və adətən özünü gecələr daha da güclənən bel ağrısı ilə büruzə verir. Bir müddətdən sonra onurğada hərəkət məhdudluğu yaranır. Tədricən onurğada olan fizioloji əyriliklər hamarlaşır və onurğanın döş şöbəsində patoloji əyrilik yaranır. Bu əyrilik yarandıqdan sonra artıq xəstəyə hətta məsafədən də diqanoz qoymaq olar.

Qeyd edək ki, bu xəstəlik kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir. Xəstəlik mürəkkəb və ağırgedişli olduğundan müalicədə biotənzimləyici preparatlar və metodlar effektiv və uğurla istifadə edilir. Biotənzimləyici terapiyanın istifadəsi həm müalicədə daha yaxşı nəticə almağa, həm də bütövlükdə orqanizmin bərpasına xidmət edir.

Ünvan: Bakı; Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri-110

Telefon: (+994 12) 430-89-89, (+994 50) 430-89-89, (+994 55) 430-89-89, (+994 70) 430-89-89


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/209515.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR