Bu şirkətin qurğuları daha tez sıradan çıxır

Bu şirkətin qurğuları daha tez sıradan çıxır
16:35 11 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Amerika İstehlakçılarının İttifaqı tərəfindən nəşr olunan nüfuzlu “Consumer Reports jurnalı “Microsoft Surface” qurğularını satın almağı tövsiyə etməyi dayandırıb, çünki bu qurğular digərləri ilə müqayisədə daha tez sıradan çıxırlar.
 
Sözügedən nəşrin əməkdaşları təxminən 90 min planşet və noutbuk istifadəçisinin rəyini öyrəniblər. “Microsoft Surface” sahiblərinin 25%-i bildiriblər ki, qurğunu satın aldıqdan iki il sonra onların işində problemlərlə rastlaşıblar. Məsələn, qurğularda donma olur, özbaşına sönür və sensor displeyə toxunuşlara düzgün reaksiya vermir.
 
“ICTnews” Elektron Xəbər Xidməti dailycomm.ru saytına istinadən yazır ki, “Microsoft”un qurğusu reytinqdə ən aşağı balla qiymətləndirilib. “Apple” şirkətinin texnikası nadir hallarda sıradan çıxır: istifadəçilərin yalnız 10%-i 2 il istifadədən sonra adıçəkilən şirkətin qurğularında hansısa problemlər qeydə alıblar. “Samsung”un məhsullarında bu göstərici 16%, “Acer”də 18%, “HP Inc” və “ASUS”da 20%, “Lenovo”da 21%, “Dell”də 22%, “Toshiba”da 24% təşkil edir. “Microsoft” şirkəti reytinqə şübhə ilə yanaşıb.
 
"Biz “Consumer Reports” şirkətinin nəticələri ilə razı deyilik – “Microsoft”un nümayəndəsi “CNBC” telekanalına deyib. Məhsulun geri  qaytarılması üzrə real faiz, dəstək səviyyəsi və istehlak məmnunluğunun dərəcəsi göstərir ki, biz bu kateqoriyadakı başqa qurğularla eyni səviyyədəyik. Biz “Surface” qurğularının etibarlılığını diqqətlə izləyirik və məhsulların keyfiyyətinə xüsusi önəm veririk.
 
Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-49519-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR