Dollar ucuzlaşmağa başlayıb

Dollar ucuzlaşmağa başlayıb
17:02 11 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 11 avqust. REPORT.AZ/ ABŞ-da iyul ayında istehlak qiymətləri indeksi 0,1% artım göstərib. "Report" xəbər verir ki, keçirilən sorğulara əsasən, analitiklərin əksər hissəsi isə qiymətlərdəki artımın 0,2% olacağını ehtimal edirdilər. Nəticədə, ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini 2017-ci ilin sonuna qədər artırma ehtimalı azalıb. Bu da öz növbəsində dolların məzənnəsinin qlobal valyuta bazarında düşməsinə səbəb olub. Belə ki, dolların əsas rəqibi olan avro ilə müqayisədə məzənnəsi 0,5% artaraq 1,18 səviyyəsini ötüb və hazırda 1,1830 USD/EUR ətrafında qərarlaşıb.
"Report"un analitik qrupu USD/EUR məzənnəsinin ilin sonunadək 1,15-1,20 diapazonunda hərəkət edəcəyini ehtimal edir: "Dolların ucuzlaşması bir müddət sonra ABŞ-da inflyasiyanı yüksəldəcək və 2018-ci ildən etibarən dollar yenidən möhkəmlənməyə başlayacaq".

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/dollar-ucuzlasmaga-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR