Hakerlər 5 milyon dollar oğurladılar

Hakerlər 5 milyon dollar oğurladılar
23:22 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Milli.Az ICTnews-a istinadən bildirir ki, hakerlər Bitstamp bitkoin birjasının istifadəçilərindən 19 minə yaxın bitkoin mənimsəyiblər. Bu da hazırkı məzənnə ilə beş milyon dollara bərabərdir.
 
Birjanın saytı sındırıldığı günün səhəri işini dayandırıb ki, insidentin bütün təfərrüatları araşdırılsın və gələcəkdə belə halların qarşısı alınsın. Bitstamp öz müştərilərini pullarını pul cüzdanlarına köçürməyə çağırıb.
 
Birjanın nümayəndələri bildiriblər ki, insident Bitstampın fondlarının payının az hissəsinə toxunub və əsas vəsaitlərin təhlükəsizliyinə xələl gəlməyib.
 
Hazırda onlar dondurulub və insidentin nəticələri aradan qaldırıldıqdan sonra servis istifadəçilərə bütün vəsaitləri tam həcmdə qaytaracaq. Saytın rəhbərliyi həmçinin bildirib ki, servisin mühafizəsi yaxın günlər ərzində gücləndiriləcək.
Ötən il analoji insident MTGoxun saytında baş verib. O vaxt hakerlər 850 min dollar oğurlayıblar və bundan sonra birja öz iflasını elan edərək bağlanıb.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/317968.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR