Ötən ay Naxçıvandan daha çox Moskvaya sərnişin daşınıb

Ötən ay Naxçıvandan daha çox Moskvaya sərnişin daşınıb
20:52 11 Avqust 2017
137 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 avqust. REPORT.AZ/ Ötən ay Naxçıvan Beynəlxalq Hava Limanının xidmətlərindən 37 mindən artıq sərnişin istifadə edib.
"Report" Naxçıvan Beynəlxalq Hava Limanının mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, iyul ayında yerli hava xətti ilə 36 min 433 sərnişin, 544 min 715 kiloqram baqaj, 29 min 137 kiloqram yük və 1881 kiloqram poçt daşınıb. 
Beynəlxalq hava xətti ilə Naxçıvan-Moskva reysi üzrə 558 sərnişin, 9062 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi ilə 444 sərnişin və 5467 kiloqram baqaj daşınıb. 
Bu dövrdə Naxçıvan Beynəlxalq Hava Limanında teleskopik traplara, nəzarət-müşahidə kameralarına və kompüterlərə texniki baxış keçirilib, aerodrom ərazisindəki elektrik, işıqlandırma, rabitə, soyutma və havalandırma sistemlərinə texniki qulluq göstərilib, uçuş-enmə zolağı, dönmə yolları və dayanacaqlar mütəmadi yoxlanılıb, uçuşların vaxtında və təhlükəsiz təşkili təmin edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/oten-ay-naxcivandan-daha-cox-moskvaya-sernisin-dasinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR