Vaginal axıntı və qoxu necə keçir?

Vaginal bölgədəki qoxu və axıntı bir çox xanımın baş bəlasına çevrilib.

Metbuat.az xəbər verir ki, yetkinlik çağındakı qadınlarda vaginal axıntı olması çox normaldır. Hər qadının orqanizmi və hormonları fərqli olduğu üçün fərdə özəl axıntı mövcuddur. Ancaq vaginal axıntı normal şərtlər altında rəngsiz və qoxusuz olmalıdır. Pis qoxulu axıntı, həddindən artıq axıntı, ağ rəngli və ya seliyə bənzər formada olan axıntı müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Axıntının miqdarı menstruasiya zamanı artır və daha sonra maye hal alır. Vaginada pis qoxu varsa, ginekoloqa müraciət etmək lazımdır.

Vaginadakı pis qoxu necə gedər?

Vaginada pis qoxunun keçməsi üçün təmizliyə diqqət etmək lazımdır. Vaginanın hava alması və quru saxlanması vacibdir. Pambıqlı alt paltarı istifadə edilməli, sintetik geyimlər geyinməməlidir. Bəzi qadınlar pis qoxunun qarşısını almaq üçün kosmetik məhsullar istifadə edir. Vaginaya antiseptik sıxmaq olmaz, əks halda, allergik reaksiyalara səbəb ola bilər.

Aysel Yaqubqızı / Metbuat.az

Dəfnə yarpağını yandırıb 10 dəqiqə saxlayın - Möcüzədir - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR