Bakıda benzin çənində "Mariana" corabı

Bakıda benzin çənində "Mariana" corabı
23:32 8 Yanvar 2015
357 Sosial
Ölkə mətbuatı
A- A+

Özünün və başqalarının həyatını təhlükəyə atan sürücü cərimələndi 
Milli.Az avtosfer.az-a istinadən bildirir ki, Bakının Ziya Bünyadov prospektində Dövlət Yol Polisinin keçirdiyi reyd zamanı saxlanılan sürücünən əməli görənlərdə təəccüb və təəssüf hissi yaradıb. Çünki "QAZel" markalı avtomobilə həddindən artıq ağır yük vuran sürücü həm özünə, həm də başqalarının həyatına təhlükə yaradırdı.
 
Belə ki, yanacaq çəninin qapağı olmadığı üçün sürücü çənin ağzını "Mariana" corabı ilə bağlamışdı. "İki gündür qapağı itirmişəm. Tapıb düzəldəcəm" deyən sürücünün bəhanələri keçmədi və DYP əməkdaşları ona cərimə yazmaqla yanaşı, maşını cərimə meydançasına apardılar.
 
Çünki bu, olduqca təhlükəli bir hərəkət idi. Kiçik bir qığılcımdan həm corab yanacaqdı, həm də maşın partalaya bilərdi. Görünür, sürücü 5-10 manat gəlir əldə etməkdən ötrü bü qədər təhlükənin fərqində deyil.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/52673.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR