Prezident İlham Əliyev Misir prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev Misir prezidentinə başsağlığı verib
13:17 12 Avqust 2017
120 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 avqust. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Zati-aliləri cənab Əbdülfəttah əs-Sisiyə başsağlığı məktubu göndərib.
“Report” xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
İsgəndəriyyə şəhəri yaxınlığında iki sərnişin qatarının toqquşması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını diləyirəm”.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/prezident-i-lham-eliyev-misir-prezidentine-bassagligi-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR