İlham Əliyev Misir prezidentinə başsağlığı verdi

İlham Əliyev Misir prezidentinə başsağlığı verdi
13:23 12 Avqust 2017
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə başsağlığı verib.

Başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

İsgəndəriyyə şəhəri yaxınlığında iki sərnişin qatarının toqquşması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını diləyirəm.

Allah rəhmət eləsin!"


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/209609.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR