Rus qadınlarının GÖZƏLLİK SİRRİ

Rus qadınlarının GÖZƏLLİK SİRRİ
17:08 12 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Rusiya hərbi, diplomatik və iqtisadi gücü ilə yanaşı, gözəl qadınlar ölkəsi kimi tanınır. Bu ölkədə dünyanın ən gözəl top modelləri sırasına daxil olmuş çox qadın var.

Publika.az xəbər verir ki, bu ölkənin gözəl və daim gənc qalan qadınları gözəlliklərini ölkənin iqliminə borcludurlar.

Beynəlxalq Kliniki Estetika Universitetinin baş həkimi Maya Kirilovna-Kondraşova bu barədə öz fikirlərini bildirib:

“Günəşə daha çox məruz qalan qərb ölkələrində yaşlanmanın simptomları daha tez ortaya çıxır. Rusiya şimal qütbünə daha yaxın olduğu üçün burada günəşin dəriyə təsiri, demək olar ki, yoxdur. Buna görə də bu ölkədə yaşayan qadınların cildi uzun illər qüsursuz və gənc qalır”.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gozellik/209619.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR