Türkmənistan Prezidenti avqustun 8-də Azərbaycana rəsmi
səfərə gəlib. Ermənistan xarici işlər naziri Azərbaycan və
Ermənistan prezidentlərinin gözlənilən görüşündən danışıb. Rusiyalı
ekspert Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskin olaraq
qaldığını bildirib. ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları və onun
Ermənistana mümkün təsirləri İrəvanda ciddi şəkildə müzakirə
olunur. İsrail, ABŞ və Rusiya Suriya üzrə məxfi danışıqlar
seriyasını keçirib. Koreya yarımadası ətrafında vəziyyət gərgin
olaraq qalır. Amerika və KXDR arasında qarşılıqlı təhdidlər
bir-birini əvəz edir. Rusiya Silahlı Qüvvələri döyüşə hazırlıq
vəziyyətinə gətirilib.
Azərbaycan, Dağlıq Qarabağ
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov
avqustun 8-də Azərbaycan Respublikasına rəsmi səfərə
gəlib.
Türkmənistan prezidentinin Azərbaycan səfəri - FOTO (YENİLƏNDİ)
“Ermənistan vəhşiliyinin, xüsusilə azyaşlı uşağı və
qadınları hədəfə almasının beynəlxalq ictimaiyyət tərəfindən kəskin
şəkildə pislənməsinə baxmayaraq, Ermənistan bu çirkin əməllərindən
nəticə çıxarmayaraq 7 avqustda 13 yaşlı Yusifov Raminin yaralanması
ilə nəticələnən növbəti barbar əməli törədib”. Bunu
Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev
qoşunların təmas xəttində baş verən son gərginliyi şərh edərkən
deyib.
Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır - XİN
“Hazırda Azərbaycan və Ermənistan prezidentlərinin
görüşü ilə bağlı konkret heç nə yoxdur”. Bu barədə
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib.
Onun sözlərinə görə, yeganə məlum olan məsələ sentyabrda
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-Yorkda
görüşəcəyidir: “Görüşün əsas məqsədi danışıqların irəliləyişi üçün
atmosferin yaradılmasıdır”.
Azərbaycan müdafiə naziri Zakir Həsənov ötən ay
Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşündə Suriyada hərbi
əməliyyat təcrübəsinin regionda tətbiqi məsələsini müzakirə
edib. Zakir Həsənov bunu “RİA Novosti” agentliyinə
müsahibəsində də təsdiqlədi.
Ermənistanın kabusu olan “Günəş alovu” CƏBHƏYƏ YERLƏŞDİRİLDİ: düşmən tir-tir əsir - VİDEO
Rusiyalı ekspert Aleksandr Bordunov Dağlıq Qarabağ
münaqişəsi ətrafındakı vəziyyət, o cümlədən, Rusiyanın müttəfiqi
olan Ermənistanın NATO-nun Gürcüstanda keçirilən təlimlərinə
qatılmasının səbəblərini şərh edib. O, Qarabağ
münaqişəsi zonasında vəziyyətin kəskin olaraq qaldığına diqqət
çəkib.
Moskva İKİ SEÇİM QARŞISINDA: ya ordumuz Ermənistanı dağıdacaq, ya da...
“Azərbaycan Dağlıq Qarabağda tammiqyaslı hərbi addımlara
getmədən, istədiyinə nail olur”. Bu barədə “Vivendi Modus”
mərkəzinin rəhbəri, politoloq Ara Papyan deyib. Onun sözlərinə
görə, Azərbaycan lokal əməliyyatlarla müharibənin köhnəlməsinə
imkan vermir.
"Torpaqlar ikinci məsələdir" - Azərbaycan bu yolla düşməni DİZ ÇÖKDÜRÜR: Papyan ETİRAF ETDİ
Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə üçüncü
qüvvələrin cəlb olunması Tehran üçün “daimi narahatlıq”
mövzusudur. Bunu İran XİN-in nümayəndəsi Bəhram Qasımi
deyib.
İrandan Qarabağla bağlı Ermənistana SƏRT XƏBƏRDARLIQ: Tehran imkan verməyəcək ki...
Ermənistan
ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları və onun
Ermənistana mümkün təsirləri İrəvanda ciddi şəkildə müzakirə
olunur. Həm İrəvan rəhbərliyi, həm də erməni cəmiyyəti
narahatlıq içindədir. Ekspertlər əmindirlər ki, Rusiyaya qarşı
sanksiyalar Ermənistana son dərəcədə neqativ təsir edəcək.
ABŞ-ın bu addımı Ermənistanı ÇALXALADI: İrəvana iki ÖLÜMCÜL ZƏRBƏ
“Fikir var idi ki, Ermənistan Avrasiya İqtisadi
İttifaqına üzv olmasaydı, Rusiya Qarabağı Azərbaycan qaytaracaq və
Bakıya hərtərəfli dəstək verəcək. Erməni cəmiyyəti uzun müddət bu
versiyaya inandı, lakin Ermənistan ittifaqa üzv olandan sonra da,
Rusiyanın Azərbaycana silah satması davam etdi”.
Bu barədə erməni siyasi şərhçi Sarkis Artsruni deyib.
Onun iddiasına görə, Putin Ermənistanı aldatdı və erməni
hakimiyyəti özünü qorumaq üçün bu oyunda iştirak etdi. S.Artsruni
Rusiyanın və Ermənistan hakimiyyətinin bütün erməniləri aldatdığını
qeyd edib.
Rusiya prezidenti Vladimir Putin dünən tanınmamış
“Abxaziya Respublikası”na səfər edib. Putinin bu
səfəri Ermənistanda Rusiya prezidentinin Azərbaycanın işğal olunmuş
Dağlıq Qarabağ bölgəsinə səfər edə biləcəyi ümidlərini yaradıb.
Putin Qarabağa səfər edəcək? - Yevseyev ermənilərin xam xəyallarını ALOVLANDIRDI
Rusiya-Qərb münasibətləri
ABŞ amerikalı diplomatların göndərilməsinə görə
Rusiyaya cavab vermək niyyətindədir. “Assoşieyted
Press” agentliyi xəbər verir ki, bu haqda ABŞ-ın dövlət katibi Reks
Tillerson bildirib. Tillerson ABŞ-ın planları barədə artıq Rusiya
Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrova xəbərdarlıq
edib.
Vaşinqton tarixi açıqladı - Rusiya üçün NÖVBƏTİ ZƏRBƏ
Rusiya ABŞ-ın yeni sanksiyalarına cavab olaraq öz
iqtisadiyyatının dollardan asılılığını azaldacaq. Bu
haqda Rusiya KİV-inə müsahibəsində ölkənin xarici işlər nazirinin
müavini Sergey Ryabkov bildirib.
O əlavə edib ki, buna zərurət var.
Rusiya baş nazirin müavini Dmitri Roqozinin
sözlərinə görə, ABŞ tanınmamış “Dnestryanı Moldova Respublikası”
ilə yeni münaqişə üçün Moldovada diversantlar və xüsusi təyinatlı
dəstələrin hazırlığına başlayır. Hərbi hazırlıq
Bulboak hərbi bazasının ərazisində keçiriləcək.
ABŞ bu ölkəni Rusiya ilə müharibəyə hazırlayır - Moskvadan ŞOK İDDİA
Rusiya Federasiyası azad dünyanın dostu olaraq qəbul
edilmir və İŞİD-dən daha çox təhlükə təşkil edir. Bu
sözləri amerikalı senator Con Makkeyn deyib.
“İŞİD kimi terror qruplaşmaları həmişə təhlükəlidir. Onlar hücum
etməyə davam edəcəklər, ancaq onların dünyanı idarə etmək arzusunu
reallaşdırmaq imkanları, texnikaları və ambisiyaları yoxdur.
Rusiyanın isə var. Rusiya azad dünyanın dostu olaraq qəbul
edilmir”, - Makkeyn bildirib.
İyulda Şərqi Avropada ABŞ və NATO-ya daxil olan
digər ölkələrin ongünlük hərbi təlimləri keçirildi.
Təlimlərin hədəfi Rusiya tərəfindən potensial təhlükələrə qarşı
dayanmağı öyrənmək idi. ABŞ-ın “The New York Times” nəşrinə görə
ABŞ ordusu Şərqi Avropada vuruşmağa hazırlaşır.
Rusiya ilə müharibə burada başlayacaq: SSRİ-yə hücum taktikasına QAYIDIŞ
Rusiya son 20 ilin ən böyük emiqrasiya dalğası ilə
qarşılaşacaq. Bu haqda ABŞ Mərkəzi Kəşfiyyat
İdarəsinin (CİA) kölgəsi hesab olunan “Stratfor” kəşfiyyat-analitik
mərkəzinin materialında deyilir. Mərkəzin hesablamalarına görə,
emiqrasiyadan maddi ziyan ildə 1,5 trilyon dollara qədər təşkil edə
bilər.
“Rusiya son 20 ilin ən böyük...” - ABŞ kəşfiyyatından ŞOK PROQNOZ
Vaşinqton Rusiyadan Birləşmiş Ştatlar ərazisində
fəaliyyət göstərən baş konsulluqlardan birini bağlamağı tələb edə
bilər. Bu haqda diplomatik mənbələrə istinadən
Rusiyanın “Kommersant” nəşri yazıb.
Bu həftənin əvvəlində ABŞ-ın dövlət katibi Reks Tillerson
bildirib ki, ABŞ amerikalı diplomatların göndərilməsinə görə
Rusiyaya cavab vermək niyyətindədir.
ABŞ Rusiyanı bu yolla SUSUDURACAQ
Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasından
Belarus və Ukrayna sərhədində Hava Hücumundan Müdafiə qoşunlarından
istifadə edilməsinə icazə verməyi xahiş edib.
Vladimir Putinin Dövlət Dumasına təqdim etdiyi qanun layihənin
qəbulu Rusiya Silahlı Qüvvələrinə Belarus və Ukraynanın sərhədində
hava hücumuna qarşı müdafiə qoşunlarından istifadə etməyə icazə
verəcək.
Dünən isə hərbi ekspert, jurnalist Yuri Butusov Ukraynanın
“Obozrevatel” nəşrinə bildirib ki, Rusiya qoşunları Ukrayna ilə
sərhəddə yerdəyişmələr və konsentrasiya ilə Ukraynaya müdaxilə
ssenarisini yerinə yetirirlər.
Gürcüstanla müharibədən əvvəl... - 9 il əvvəlki SSENARİ TƏKRARLANIR
ABŞ taktik nüvə silahının tətbiqi ssenarilərini
genişləndirəcək. Amerika hərbçiləri bunu ilk dəfə
rəsmən təsdiq etdilər. Bəyanatı ABŞ-ın Birləşmiş Qərargah Rəisləri
Komitəsinin sədr müavini, general Pol Selva səsləndirdi.
Mitçellovsk Aerokosmik Tədqiqatlar İnstitutunun konfransında
çıxış edən general bildirib ki, XXI əsrdə nüvə strategiyasının
effektiv vasitələrdən biri kimi zəif nüvə döyüş sursatları
olmalıdır.
Azərbaycanın bir addımlığına atom bombası ATILACAQ: Dünyanı yox edəcək SİLAHLAR AKTİVLƏŞDİRİLİR
Türkiyə, İran, Yaxın-Şərq
Türkiyə ABŞ-PYD ittifaqının işğalı altında olan Tel
Abyad, Munbiç, Afrin və Tel Rıfat bölgələrində əməliyyata
hazırlaşır. Türkiyə Silahlı Qüvvələri bu bölgələrdən
terrorçuların sərhədi keçməsinə və sərhəd zonasındakı mülki
əhalinin hədəfə alınmasına qarşı qabaqlayıcı tədbirlər
hazırlayır.
25 minlik ordu ƏMR GÖZLƏYİR: bu ərazilərin azad olunması üçün HÜCUM BAŞLAYACAQ
Türkiyənin Suriyanın Afrin bölqəsində əməliyyata
hazırlaşması ABŞ və onun kimayə etdiyi PYD-ni (PKK terror
təşkilatının Suriya qolu) təlaşa salıb. İŞİD terror
təşkilatını bəhanə edərək Suriyanın şimalını PKK-ya təslim edən ABŞ
indi də “Əl-Qaidə”yə hücum adı ilə İdlibi işğal etməyə
hazırlaşır.
Ankara ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yeni oyununu diqqətlə
izləyir.
Bir həftəyə SON DÖYÜŞLƏR BAŞLAYIR: düşmənin xain planı ÜZƏ ÇIXDI
Avqustun 10-da Türkiyənin İncirlik hava bazasında
ABŞ-a aid bir təyyarəni dron (pilotsuz təyyarə) ilə vurmağı
planlaşdıran İŞİD terror təşkilatının üzvü tutulub.
Rusiya vətəndaşı Renad Bakıyevdir. İŞİD terrorçusu həmçinin
ələvilərin dərnəklərində terror aktları törətməyi planlaşdırıb.
Renat Bakıyev Adanada 5 Yanvar Meydanında yerləşən ələvi
dərnəyinə yaxın bölgədə təhlükəsizlik gücləri tərəfindən keçirilən
əməliyyatla saxlanılıb.
Rusiyalı İŞİD-çinin ŞOK PLANI: Hamısı öldürülməlidir və... - YENİLƏNDİ
Böyük Britaniyanın “Daily Exspress” qəzeti Türkiyə
ilə bağlı şok iddia irəli sürüb. Qəzet Türkiyə
prezidenti Rəcəb Tayyip Ərdoğanın atom bombası əldə etmək üçün
hərəkətə keçməyə hazırlaşdığını yazıb. Bununla yanaşı, atom
bombasının hər an Türkiyə tərəfindən əldə edilə biləcəyi də iddia
edilir.
ABŞ xüsusi təyinatlı dəstələri Livan ordusuna
“dəstək” üçün ölkənin şimal-şərqinə yerləşdirilib. Bu
haqda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Erik Pahon
bildirib. Pentaqon sözçüsü xüsusi təyinatlıların sayı barədə isə
məlumat verməyib.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və Dövlət
Departamentindən 15 nəfərlik heyət Suriyanın Ayn İsa bölgəsində PYD
(PKK terror təşkilatının Suriya qanadı - red.) terror təşkilatının
nümayəndələri ilə gizli görüş keçirib. Görüşün əsas
mövzusu Şimali Suriya federasiyasının yaradılması olub.
Amerika tərəfinin sözlərinə görə, Suriyanın şimalında “PKK-PYD
dövləti”nin yaradılması ilə Türkiyənin bu bölgələrə hücum ehtimalı
də aradan qalxacaq.
2018-ci ilin yanvarında Türkiyə sərhədlərində... – Gizli görüşdə verilən VƏD
İyulun əvvəlində İsrail, ABŞ və Rusiya məxfi
danışıqlar seriyasını keçirib. Bu haqda İsrail
məmurları və Qərb diplomatlarına istinadən “Haaretz” nəşri
bildirib.
Nəşrin yazdığına görə, danışıqlarda Suriyanın cənubunda atəşkəs
rejimi, Suriya-İsrail və Suriya-İordaniya sərhədlərində təhlükəsiz
zonaların yaradılması müzakirə edilib. Rusiya və ABŞ müzakirə
olunan məsələlər üzrə razılaşsa da, İsrail tərəfi təhlükəsiz
zonaların yaradılması üzrə razılaşmalara qarşı çıxıb.
Rusiya, İsrail və ABŞ-ın məxfi görüşlərinin DETALLARI
“Yeni fəlakət və döyüşün baş verməməsi üçün İraq
Kürd Regional Rəhbərliyində referendum keçiriləcək”.
Bunu Şimali İraq kürd muxtariyyətinin başçısı Məsud Bərzani
Londonda çıxan "El Hayat” qəzetinə müsahibəsində deyib.
“Sentyabrda 25-də keçiriləcək referendumdan geri dönüş yoxdur”,
- kürd lider bildirib.
İraq dövlətinin ötən yüz illik uğursuz təcrübəsini yenidən
yaşamaq istəmədiklərini deyən Bərzani referendumdan sonrası
Bağdadla dialoqa başlayacaqlarını vurğulayıb.
İsrail təhlükəsizlik gücləri Fələstin lideri Mahmud
Abbasın Ramallahdan çıxışına icazə vermir. Bu haqda
İsrailin “Jerusalem Post” qəzeti Fələstin təhlükəsizlik mənbələrinə
istinadən məlumat yayıb. İddiaya görə, Mahmud Abbasın Ramallahdan
çıxışına icazə verilməməsinin səbəbi onun ötən həftələrdə
Məscidi-Əqsa ətrafında yaranan gərginliyə mane olmaması ilə
bağlıdır. Lakin İsrail Baş nazirlik ofisi fələstinli təhlükəsizlik
mənbələrin iddiasını təkzib ediblər.
Qeyd edək ki, Ramallah Fələstinin faktiki paytaxtı hesab olunur.
Fələstin milli administrasiyasının hakimiyyət orqanları, o cümlədən
onun rəhbəri Mahmud Abbasın iqamətgahı, xarici diplomatik
missiyalar Ramallahda yerləşir.
İsrail Sinay yarımadasında bəzi bölgələri almaq üçün
Misirə müraciət edib. Bu haqda “The New Arab”
internet saytı yazıb.
Qeyd edək ki, bu, Təl-Əvivin Sinay yarımadası ilə bağlı planları
barədə ilk analoji xəbər deyil.
Bu torpaqlar İsrailə satılacaq - Gizli sövdələşmənin DETALLARI
Səudiyyə Ərəbistanı hökuməti Suriya böhranında
mövqelərinin dəyişməz qaldığını və ölkədə Bəşər Əsədin olmadığı bir
gələcəyi dəstəklədiklərini bildirib. Bu barədə
Səudiyyə Ərəbistanının SPA rəsmi xəbər agentliyi məlumat yayıb.
Məlumatda Ər-Riyad rəhbərliyinin Suriyada idarəçilik üçün
müvəqqəti heyətin qurulması, yeni konstitusiyanın tərtib olunması
və Əsədin yer almadığı gələcək üçün seçkilərə hazırlaşmağı nəzərdə
tutan 1-ci Cenevrə Konvensiyası ilə BMT Təhlükəsizlik Şurasının
2254 saylı qərarına əsasən həllini dəstəklədiyi qeyd olunub.
İŞİD terror təşkilatı video yayımlayaraq İranı yeni
bir hücumla hədələyib. Təşkilat tərəfindən yayımlanan
videoda üzü maskalı İŞİD üzvü yanında dayanan iki nəfərlə birgə
İranın paytaxtı Tehranda yeni hücumlar törədə biləcəklərini
deyib.
Fars dilində danışan terrorçu İraq və Suriyada başı kəsilən
insanları xatırladaraq bənzər hadisəni Tehranda da törədəcəklərini
bildirib və iranlı gənclərə cihad çağırışı edib.
Qeyd edək ki, bundan öncə İran parlamentinə və Xomeyni
məqbərəsinə silahlı hücum edilib. Olaylar zamanı 18 nəfər həyatını
itirib, 52 nəfərdən çox insan yaralanıb. Məsuliyyəti İŞİD öz
üzərinə götürüb.
Ukrayna
“Rusiya Ukraynaya təcavüzü dayandırmayacaq və Qərblə
bağlı “hibrid müharibə” taktikasını tətbiq edəcək”.
Bu haqda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) kölgəsi hesab
olunan “Stratfor” kəşfiyyat-analitik mərkəzinin materialında
deyilir.
“Stratfor”un ekspertlərin fikrincə, Moskva Qərb hökumətləri
daxilində qeyri-sabitlik yaradaraq, Avropa dövlətləri arasında
parçalanmanı gücləndirərək, transatlantik həmrəyliyi zəiflədərək və
Qərb ölkələri ilə inteqrasiyaya mane olaraq öz rəqibini əldən
salacağına ümid edir.
“Rusiya Ukrayna ilə sərhəddə qoşunların zərbə
briqadalarını toplayır”. Bu haqda Ukrayna Silahlı
Qüvvələrinin Baş qərargah rəhbəri Viktor Mujenko “Liqa.net” saytına
müsahibəsində deyib.
“Sərhəddə yaradılan üç yeni diviziyadan söhbət gedir. Bunlar
144-cü, 3-cü və 150-ci motoatıcı diviziyalardır. Onların
formalaşması 2016-cı ildə başlanıb”, - Mujenko qeyd edib.
Onun sözlərinə görə, bu diviziyalar bilavasitə Ukrayna-Rusiya
sərhədindədir.
Rusiya zərbə briqadalarını sərhəddə toplayır - MÜHARİBƏ YAXINLAŞIR
Rusiya Odessaya hücum edə bilmək üçün qondarma
Dnestryanı respublikasını özünə birləşdirmək
niyyətindədir. Bu sözləri Ukrayna Ali Radasının
deputatı İrina Friz deyib.
İrina Frizin sözlərinə görə, rəsmi Tiraspolun Rusiya bayrağını
ikinci dövlət bayrağı elan etməsi belə bir fikri səsləndirməyə əsas
verir.
“Rusiya qoşunları Ukrayna ilə sərhəddə yerdəyişmələr
və konsentrasiya ilə Ukraynaya müdaxilə ssenarisini yerinə
yetirirlər”. Bunu “Obozrevatel” nəşrinə hərbi
ekspert, jurnalist Yuri Butusov deyib.
Hərbi ekspert hesab edir ki, Rusiyada yalnız Donbas deyil, həm
də Xarkov vilayətinə müdaxilə ssenariləri var.
Gürcüstanla müharibədən əvvəl... - 9 il əvvəlki SSENARİ TƏKRARLANIR
Koreya böhranı
“ABŞ tərəfindən nüvə təhlükəsi və düşmənçilik
qaldığı müddətdə Koreya Xalq Demokratik Respublikası Koreya
yarımadasının nüvəzisləşdirilməsi məsələsini müzakirə
etməyəcək”. Bu haqda Koreya Mərkəzi Teleqraf
Agentliyi (STAK) ölkə hökumətinin bəyanatına istinadən yazıb.
Bəyanatda bildirilir ki, ABŞ tərəfindən nüvə təhlükəsi qaldığı
müddətdə Pxenyan dövlətin nüvə gücünün artırılması yolundan
dönməyəcək.
Şimali Koreyadakı hərbi ssenaridən uzaq dayanmaq
lazımdır. Bu sözləri Rusiya Xarici İşlər naziri
Sergey Lavrov Şimali Koreya xarici işlər naziri ilə görüşü zamanı
deyib. Lavrov nüvə silahlarının məhv edilməsi ilə yanaşı, bölgədəki
digər problemlərin danışıqlar yolu ilə həll olunmasının tərəfdarı
olduğunu bildirib.
Şimali Koreya 2014-cü ildən bu yana ilk dəfə patrul
gəmilərin üzərində gəmivuran raketlər yerləşdirib.
Məlumatı, Amerika kəşfiyyat mənbələrinə istinadən Fox News
telekanalı yayıb.
Telekanalın məlumatına görə, KXDR-in şərq sahillərində, Txeydonq
limanında 2 qanadlı raket - Stormpetrel yerləşdirilib.
Şimali Koreya DÖYÜŞ HAZIRLIĞINA gəlir? - HƏYƏCAN
Şimali Koreya BMT Təhlükəsizlik Şurasının qətnaməsi “qanqster
hərəkəti” adlandırılıb. Bildirilir ki, Pxenyan yeni sanksiyaların
qəbulu ilə əlaqədar “fiziki hərəkətlər”ə keçəcək.
Müharibə zəngi çalınır: ABŞ təhdidə CAVAB VERDİ
Şimali Koreya ordusu ABŞ hərbi bazalarını hədəf alan
və Hvasonq-12 ballistik raketlərin istifadə olunacağı hücumlara
hazırlaşır. Şimali Koreya ballistik raket atacağı tək
ölkənin ABŞ olduğunu və bu iddianın sözdə qalmayacağını
açıqlayıb.
Birləşmiş Millətlərin Təhlükəsizlik Palatasının ölkəyə qarşı
sanksiyalarını hər fürsətdə dilə gətirən Koreya Sakit okeandan 3400
uzaqlıqda yerləşən Quama hücum edəcək.
Şimali Koreya ordusunun sözçüsü Quamdakı ABŞ-ın Anderson hərbi
bazalarını bombardman etmək planı üzərində işlədiklərini və
prezident Kim Yonqun qərar verdiyi an hərəkətə keçəcəklərini
açıqlayıb.
Koreya Xalq Demokratik Respublikasına (KXDR)
“tarixdə görünməmiş atəş və qəzəb” sözü verən ABŞ prezidenti Donald
Trampın bəyanatı mümkün hərbi münaqişə riskini
artırır. Belə nəticəyə Koreya yarımadası ətrafındakı
son vəziyyəti şərh edən Amerika KİV-i gəlib.
“Atəş və qəzəb” müharibə gətirəcək: Qərbdən HƏYƏCAN SİQNALI
Amerika hərbçiləri Koreya Xalq Demokratik
Respublikasının (KXDR) hərbi obyektlərinə önləyici zərbə planını
hazırlayıblar. Bu haqda NBC telekanalı bildirib.
Telekanalın məlumatına görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon)
planın həyata keçirilməsi üçün prezident Donald Trampın əmrini
gözləyir.
Müharibə planı HAZIRDIR: Məhv ediləcək obyektlərin SİYAHISI
ABŞ-ın və Şimali Koreya arasında mümkün hərbi
qarşıdurma ssenariləri hər iki ölkənin bir-birinə qarşı
səsləndirdiyi kəskin bəyanatlarından sonra daha çox müzakirə
edilir. 2016-cı ildə Koreya Xalq Demokratik
Respublikası (KXDR) nüvə bombasının iki sınağını keçirdi. Ötən ay
isə qitələrarası raketlərin iki müvəffəqiyyətli sınağı baş tutdu.
Son sınaqlar göstərdi ki, Şimali Koreya ərazisindən buraxılmış
raket ABŞ-ın kontinental hissəsinə, məsələn Denver və ya Çikaqoya
çata bilər.
Bəyanatlar icraata yönəldilərsə hansı ssenarilərlə qarşılaşa
bilərik? ABŞ-ın “Bloomberg” nəşri KXDR ilə müharibənin necə
görünəcəyinə dair məqalə dərc edib.
48 milyon insan eyni anda məhv olacaq - QORXUNC SSENARİLƏR
ABŞ Koreya Xalq Demokratik Respublikasına (KXDR)
qarşı hərbi əməliyyata hazırdır. Bu haqda avqustun
11-də ABŞ prezidenti Donald Tramp Tvitter səhifəsində yazıb.
“Şimali Koreya özünü düşüncəsiz apararsa, hərbi vasitələr döyüşə
tamamilə hazırdır. Ümid edirəm ki, Kim Çen In başqa yolu tapacaq”,
- Tramp bildirib.
ABŞ Şimali Koreyanın nüvə silahı obyektlərini
izləmək üçün Böyük Britaniyadan kəşfiyyat təyyarəsi göndərməsini
xahiş edib. Bu barədə "Deyli Mirror" qəzeti
informasiya yayıb.
Məlumata görə, ABŞ tərəfi Böyük Britaniyadan birmənalı olaraq
potensial hədəflərin müəyyən edilməsi ilə bağlı kəşfiyyat
əməliyyatlarında iştirak etməsini istəyib.
Rusiya Silahlı Qüvvələri döyüşə hazırlıq vəziyyətinə
gətirilib. Buna səbəb kimi Vaşinqton ilə Pxenyan
arasında gərginliyin artması göstərilib. Məsələ ilə bağlı
Federasiya Şurasının üzvü Viktor Ozerov məlumat verib. Onun
sözlərinə görə, buna Federasiya Şurasının müdafiə və təhlükəsizlik
məsələləri üzrə komitəsi qərar verib.
Gürcüstan
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili
avqustun 8-də Polşanı tərk edib. Litvaya gedən
Saakaşvili sonradan Macarıstana gedib. Qeyd edək ki, Polşa
prokurorluğu Gürcüstanın Saakaşvilinin ekstradisiyası ilə bağlı
müraciət etdiyini açıqlayıb. İyulun 26-da Saakaşvili Ukrayna
vətəndaşlığından çıxarılıb.
“2008-ci ildə Cənubi Osetiyada müharibəni həmin vaxt
ölkə prezidentinin postunu tutmuş Mixail Saakaşvili provokasiya
edib”. Bu haqda Gürcüstan parlamentinin keçmiş sədri
Nino Burdjanadze “Russia Today” (RT) telekanalına müsahibəsində
deyib.
“Beşgünlük müharibə”nin başlama səbəbi AÇIQLANDI
Avqustun 8-də Rusiya prezidenti Vladimir Putin
Gürcüstandan birtərəfli qaydaya ayrılan separatçı Abxaziyaya
işgüzar səfərə gəlib. Səfər 2008-ci ilin avqustun
8-də başlanan Gürcüstan-Rusiya müharibəsinin 9-cu ildönümünə
uyğunlaşdırılıb.
Gürcüstan Xarici İşlər Nazirliyi Abxaziya ilə
sərhəddə tikanlı məftillərin çəkilməsini pisləyən bəyanat
yayıb. Bəyanatda Rusiyanın bu addımı yerli əhalinin
fundamental hüquqlarının kobud şəkildə pozulması kimi
qiymətləndirilib.
“Bu addım əhalinin sərbəst hərəkət etmək, təhsil və sağlamlıq
hüquqlarını məhdudlaşdırır. Bu da öz növbəsində Abxaziya regionunda
humanitar vəziyyətin ağırlaşdırılmasına gətirib çıxaracaq”, - deyə
bəyanatda vurğulanıb.
XİN Rusiyanı Gürcüstana qarşı aqressiv addımlara son qoymağa,
beynəlxalq hüquq normalarına, Gürcüstanın suverenliyi və ərazi
bütövlüyünə hörmət etməyə çağırıb.
Ömər Dağlı
Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/209627.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)