Zəhərli yumurtalar bütün Avropaya yayılmaqdadır

Avropadakı zəhərli yumurta böhranı İspaniyada da öz təsirini göstərib.

Metbuat.az bildirir ki, Bask Muxtar Vilayətində 20 min zəhərli yumurtanın aşkar olunduğu açıqlanıb. Yumurtaların tərkibində zəhərli maddə olan "Fipronil" tapıldığı və onların satışa göndərilmədən öncə təsbit olunduğu da diqqətə çatdırılıb. 

Qeyd edək ki, bundan öncə Avropanın bir neçə ölkəsində yumurtaların tərkbində "Fipronil" adlı böcək dərmanı aşkarlanıb. Mütəxəssslər yumurta ixrac edən müəssisələrdə yoxlanış tədbirlərinin daha dərindən aparılmasının vacibliyini vurğulayıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR