Bu qidalar cinsi gücü və həvəsi artırır

Yüz illər boyu imperatorlardan tutmuş kraliçalaradək bütün insanlar cinsi istək və güclərini artırmağı arzulayar və bu ümidlə badam əzməsindən zebra dilinədək yeyilə bilən, hətta yeyilə bilməyən bir çox vasitələrə əl atıblar. Bunun nəticəsində bəzi qidaların cinsi gücü və cinsi istəyi artıran afrodizyak xüsusiyyətləri məlum olub. Aile.lent.az sizə süfrələrin təbii afrodizyaklarını təqdim edir.

Cinsi gücü artıran qida və içkilərlə bağlı əfsanələr çoxdur. Bu əfsanələrdən birinə görə, yunan sevgi Allahı Afrodita hər gecə birgə keçirdiyi seçilmiş kişilərə cinsi güclərini artıran bitki tərkibli içkilər və qarışımlar hazırlayırmış. Buna görə də cinsi istəyi, gücü oyatmaq və artırmaq təsiri olan qidalara “afrodizyak” adı verilib. Yüz illərdir müxtəlif mədəniyyətlərdən olan insanlar növbənöv qidalarla cinsi həyatlarını yaxşılaşdırmağa çalışırlar. Bu məqsədlə dərmanlar, məhlullar, iksirlər hazırlayıblar. Şərq ölkələri cinsi gücü artıran düsturların icadçısı olub və bu mövzuda dünyaya liderlik edib. 

Jenşenin afrodizyak kimi istifadəsi çinlilərə qədər gedib çıxır. Jenşen testosteron səviyyəsini, sperma miqdarını və cinsi gücü artırır. Romalılar və yunanlar adam otu, ərəblər səhləb otu, hindlilər sarımsaq, ingilislər pivə, italyanlar zəncəfil, isveçlilər xaş-xaş toxumu, fransızlar isə vaneli afrodizyak olaraq istifadə ediblər. Cənub-Şərqi Asiyada qanadlı böcəklər, Meksikada taxtabitiləri, Afrikada pələng bağırsağını afrodizyak olduğunu fikirləşərək yeyirlərmiş.

Bütün hüceyrələrlə birlikdə cinsi sistemimizi gücləndirib canlandıran və orqanların fəaliyyətini dəstəkləyən bu maddələrin təsirləri iki formada olur. Bəzi maddələr libidoya təsir edərək cinsi istəyi artırır. Bəzi maddələr isə sadəcə cinsi orqanların fiziki reaksiyalarını fərqli edərək, kişidə penisdə sərtləşməyə, qadında isə vaginada sulanmaya səbəb olur və vaginaya gedən qan axınını artırır. 

Afrodizyak qidalar:

Üzüm: Antik dövrün şərab Allahı olan Dionis üzüm dənələrini yeyərək, cinsi şəhvətini artırmaq istəyirmiş. Xüsusən də qara üzümdə olan resveratrol maddə xərçəngin qarşısını alır və beyin hüceyrələrini qoruma təsirinə malikdir. Üzümün çəyirdəyindəki quersetin, qan istehsalına kömək edir və damarların sağlamlığını qoruyaraq cinsi orqanlara qan axınına müsbət təsir edir. 

Bal: Hindistanlıların cinsəllik sənəti olan Kama Sutrada bal cinsi canlılığı artırmaq üçün istifadə edilib. “Bal ayı” sözünün də buradan gəldiyi güman edilir. Balla zəncəfil, polen, darçın kimi müxtəlif ədviyyatların qarışığından güclü afrodizyak alınaraq istifadə edilir. Tərkibindəki bor maddələri qadınlarda estrogen, kişilərdə testosteron hormonunu sabitləyərək cinsi istəyi artırır. 

  Avokado: Asiyalılar cüt halda yetişən meyvələri kişi testislərinə oxşadaraq “testis ağacı” adını verdikləri avokado meyvəsinin sadəcə bu oxşarlığa görə cinsi gücü artırdığını düşünürmüşlər. Avokadonun tərkibindəki yüksək miqdarda kalium, B, E, K vitamini və qanda xolesterol səviyyəsini aşağı salan təsiri ilə cinsi orqanlarda qan axınını asanlaşdırır. 

  Banan: B1, B2, C, A və E vitaminləri, dəmir, kalium, kalsium, fosfor, natrium və yod baxımından olduqca zəngindir. Kalori nisbəti yüksək olmasına baxmayaraq xolestrol tərkibi olmayan banan əzələləri gücləndirir, enerji verir və cinsi gücü artıran xüsusiyyətə malikdir. 

Reyhan: Qədimdən bu yana reyhan Asiyada cinsi istəyi və törəmə qabiliyyətini artırmaq məqsədilə istifadə edilib. Reyhan iyinin kişiləri təhrik etdiyi düşünüldüyü üçün qadınlar qurudulmuş reyhan toxumu ilə bədənlərini ovurmuşlar. Reyhan qan dövranını sürətləndirən xüsusiyyətə malik afrodizyak olaraq məlumdur. 

Hil: Ətriyyatlı ədviyyat olan hili hindistanlılar güclü afrodizyak kimi kişi iqtidarsızlığının müalicəsində istifadə ediblər. Hil yüksək cineol (CH) tərkibi sayəsində qan axınını artırır. 

Şokolad: Əsrlərdir sevgi və romantika ilə adı bir yerdə çəkilən şokoladın tərkibi Cənubi Amerikanın yağış meşələrində mayalıların kakao ağacını taparaq onu “allahların qidası” olaraq adlandırmalarına qədər gedib çıxır. Qədim hökmdarlardan olan Montezumun cinsi gücünü artırmaq üçün hər gün 50 stəkan isti şokolad içdiyi deyilir. Şokoladın tərkibindəki feniletilamin və seroton “yaxşı hiss etdirən” bir təsirə malikdir. Bu kimyəvi maddələr insan bədənində təbii olaraq var və xoşbəxtlik hormonları kimi tanınır. Bunlara əlavə olaraq şokoladdakı anandamid adlı maddə beyində marixuanaya oxşar təsirə malikdir. Marixuana kimi “uçurtmaq” gücü olmasa da feniletilamin və seroton xoşbəxtlik hissini artırmağa bəs edir. 

Badam: Gözəlliyini və gəncliyini süd vannası ilə qoruduğu deyilən Kleopatra cinsi istəyini artırmaq üçün badam yeyirmiş, bədənini süd və badam qarışığı ilə ovuşdururmuş. Karbohidrat, doymamış yağ, lif, fosfor, kalsium, dəmir, maqnezium, sink, kalium, A, B, C, E vitamin tərkibli olan badam bir çox faydaları ilə yanaşı, cinsi gücü də artırır. 

Cinsi gücü artıran digər qidalar sırasında sarımsaq, darçın, kök, əncir, nar, heyva, keşniş, vanil, kərəvəz, yumurta, fındıq, qarpız, çiyələk, soya, yulaf da var. 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR