Aleksandr Qriqoryan istefa verib

Aleksandr Qriqoryan istefa verib
23:57 12 Avqust 2017
347 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 avqust. REPORT.AZ/ Aleksandr Qriqoryan Rusiyanın "Anji" klubunun baş məşqçi postundan istefa verib. "Report"un məlumatına görə, 50 yaşlı mütəxəssis qərarını Premyer Liqanın VI turunda Moskva "Dinamo"suna 1:3 hesablı ev məğlubiyyəti ilə nəticələnən oyundan sonra açıqlayıb.
Erməni baş məşqçi qərarını ardıcıl məğlubiyyətlərlə əlaqələndirib. "Anji" ilk 6 tur ərzində cəmi 1 qələbə qazandığı halda, qalan 5 matçda uduzub. Hazırda Mahaçqala təmsilçisi 3 xalla 16 komanda arasında 15-cidir.
Qeyd edək ki, "Anji"də Moskva "Spartak"ından icarəyə götürülmüş əslən azərbaycanlı futbolçu Ayaz Quliyev də forma geyinir. O, "Dinamo" ilə görüşün 61-ci dəqiqəsindən sonra meydanda olub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/aleksandr-qriqoryan-istefa-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR