"Qarabağ"ın uzunmüddətli zədədən yenicə qayıdan futbolçusu daha 3 həftəlik sıradan çıxıb

"Qarabağ"ın uzunmüddətli zədədən yenicə qayıdan futbolçusu daha 3 həftəlik sıradan çıxıb
01:17 13 Avqust 2017
329 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 avqust. REPORT.AZ/ "Qarabağ"ın uzunmüddətli zədədən yenicə qayıdan futbolçusu Dani Kintana daha 3 həftəlik sıradan çıxıb.
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ispaniyalı yarımmüdafiəçi “Neftçi” ilə Azərbaycan Premyer Liqasının ilk tur matçının 86-cı dəqiqəsində zədələnib. Meydanı vaxtından əvvəl tərk etmiş Kintanana bu gün MRT müayinəsindən keçib. 30 yaşlı orta sahə oyunçusunun əzələsinin dartılması müəyyənləşib. O, təxminən 3 həftə sonra məşqlərə start verəcək.
Qeyd edək ki, Dani Kintana fevralda zədələnərək, 6 ay müddətinə sıradan çıxmışdı. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qarabag-in-uzunmuddetli-zededen-yenice-qayidan-futbolcusu-daha-3-heftelik-siradan-cixib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR