İsti havada diqqət etməli olduğumuz qidalar

İsti havada diqqət etməli olduğumuz qidalar
22:28 13 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Hava şəraitinin kəskin istiləşməsi yuxu və qidalanma probleminə yol açır. Uşaq, yaşlı, hamilə qadın, şəkər və təzyiqdən əziyyət çəkən insanlarda bu problemlər daha qabarıq şəkildə özünü göstərir. İsti havalarda iştah problemi yaşanılsa da, əsas enerji içkilərinə və qidalanmaya fikir vermək lazımdır.

Publika.az bu cür hallarda diqqət etməli olduğumuz ən vacib tövsiyələri təqdim edir.

- Qızardılmış yeməklər əvəzinə sulu xörəklərə üstünlük verilməli, o cümlədən, sobada bişirilməlidir

- Meyvə və tərəvəzlərlə yanaşı qoz, fındıq, badam kimi çərəzlərdən, süd, pendir, qatıq kimi ağartı məhsullarından daha çox istifadə edilməlidir.

- Zeytun yağıyla hazırlanan qızardılmış yeməklər sırasına ət, toyuq, balıq məhsulları da əlavə edilməli, eyni zamanda, salatlara üstünlük verilməlidir.

- Şirin içkilər əvəzinə dondurma və ayrana üstünlük verilməli, ev şəraitində hazırlanmış qida məhsullarından istifadə edilməlidir. Hər şeydən önəmlisi isə gün ərzində ən az 2 litr su içilməli, əsasən mineral və təbii meyvə sularından istifadə edilməlidir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/209723.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR