Ərəblər Bakıdan bölgələrə üz tutdu

Havanın isti keçməsi Bakıya gələn turistlərin istiqamətinin bölgələrə çevrilməsinə səbəb olub.

Xüsusən də, paytaxtla müqayisədə havanın temperaturu aşağı olan Quba, Qəbələ, Qax bölgələrinə gələn turistlərin sayı son bir neçə həftədə xeyli artıb. Bundan istifadə edən sahibkarlar kirayə verdikləri mənzillərin qiymətini artırıblar. Bu da hər il sözügedən ərzilərə üz tutan əhalinin narazılığına səbəb olub.

Məsələyə münasibət bildirən iqtisadçı Natiq Cəfərli bildirib ki, qiymət artımı sahibkarın öz işidir. Yəni, qiymət həmişə tələb və təklifdən yaranmış münasibətdə formalaşır:

“Havaların isti keşməsi ilə bağlı əhalinin, eləcə də turistlərin regionlara üz tutması tələbi artırıb. Tələb artan kimi qiymətlərin də artımı müşahidə edilir. Sadəcə regionda yaşayan vətəndaşlar anlamaladırlar ki, bu, fürsətçilik olmamalıdır. Onlar kiçik bizneslərini elə qurnalıdırlar ki, müştəri itirməsinlər. Ola bilər ki, bir müştəridən bir dəfəyə çox qazanasan. Amma sonradan o müştərinin gətirə biləcəyi çevrəni itirə biləsən. Bu, mövsümü xarakter daşıyır. Təxminən 1-2 həftədən sonra qiymətlər regionda kəskin düşəcək. Bu zaman, tələb və təklif qaydalarına uyğun olaraq, qiymətlər tənzimlənəcək”.

İslam alimləri dünyaya nələr bəxş ediblər? - ARAŞDIRMA - Oxumaq üçün tıklayın!

Xəyalə Məmmədova / METBUAT.AZ  


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR