Ayağınıza baxıb xəstə olub-olmadığınızı

Həddindən artıq idmanla məşğul olmaq, düzgün qidalanmamaq, hava dəyişikliyi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. 

Metbuat.az xəbər verir ki,hər hansı orqanda işlər yolunda getmədiyi zaman bu ayaqlarda özünü büruzə verir. Gözlərinizin ətrafında şişkinlik varsa, ayaqlarınızda ani ağrılar hiss edirsinizsə, böyrəklərlə əlaqədar problem ola bilər.

Tromboz

Tromboz ürək və ya damar sistemində arzuolunmaz “pıhtı”nın meydana gəlməsidir. Onun orqanlarda yerləşməsi ciddi orqan çatışmazlığından, ölümə qədər gedən problemlərə səbəb ola bilər. Bir və ya 2 ayağınızda əmələ gələn şişkinlik bu xəstəliyə işarə edir. Dərhal həkimə getməlisiniz.

Qaraciyər problemləri

Qaraciyərdə problem olub-olmadığını ayaqlarınıza baxıb müəyyən edə bilərsiniz. Qaraciyər düzgün işləmədiyi zaman ayaqlarda həm şişkinlik, həm də damarlar meydana gəlir.

Treoid vəzi problemləri

Şişmiş ayaqlar, ayağa girən kramplar və ayaqlarda üşümə treoid vəzi ilə əlaqədar problemlərdən qaynaqlanır.

Ateroskleroz (damar sərtliyi)

Ateroskleroz zamanı ayağa çox az qan gəlir, bu da ağrıya səbəb olur. Çox zaman xəstələr damar sərtliyi ilə əlaqədar əlamətlərə laqeyd yanaşırlar. Ancaq qeyd edək ki, bu ciddi problemlərə yol açan xəstəlikdir.

Aysel Yaqubqızı / Metbuat.az

Əhaliyə göstərilən tibbi xidmətdə yenilik - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR