Dünya birjalarında neftin ucuzlaşması nə ilə əlaqədardır?

Dünya birjalarında neft ucuzlaşıb.

Metbuat.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,03 dollar və ya 0,06% azalaraq 48,79 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,09 dollar və ya 0,17% azalaraq 52,01 dollar olub.

“Neftin kəskin bahalaşması mümkün deyil”.

Bunu Metbuat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.

“Son zamanlar neftin qiymətində kəskin enmə-qalxmalar müşahidə olunur. Neftin istehlak və hasilatında fundamental dəyişikliklər baş vermir. Enmə-qalxmalar sadəcə olaraq xəbər axını ilə bağlıdır. Dünya mediasında çıxan xəbərlər birbaşa olaraq birjalara təsir edir. Son xəbərlərdən biri isə o oldu ki, OPEK ölkələri neft hasilatını ciddi şəkildə artırıb. Ən çox da Liviya artırıb, çünki o, OPEK anlaşmasına qoşulmamışdı. Liviyada gündəlik hasilat təqribən 300 min barrelə bərabərdir. Bu da təbii ki, neft qiymətlərinə mənfi təsir göstərir. Neftin qiymətinə təsir edən digər mühüm faktor isə ABŞ-da da neft hasilatının artmasıdır. Beynəlxalq analitiklərin əksəriyyəti hesab edir ki, yaxın zamanlarda neftin kəskin bahalaşması mümkün deyil. Əksinə, qiymətin daha çox aşağı düşmə ehtimalı daha yüksəkdir”.

Neft ucuzlaşıb - Son qiymət-Oxumaq üçün tıkla

 Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR