Pomidor tomatının hazırlanması qaydası

Xanımların qışa hazırlığı davam edir.

Metbuat az bu dəfə yeməklərə ləzzət qatan tomatın türk üsulu ilə hazırlanma qaydasını təqidim edir.

Tərkibi:

5 kq pomidor

Duz

Hazırlanması:

Yuyub süzdüyünüz pomidorların sap qismini kəsib iri formada doğrayın. Geniş bir qaba alıb orta atəşdə öz suyunda qaynadın. Pomidorları yumşalana qədər süzgəcdən keçirin. Pomidor püresini geniş siniyə alıb günəş işığı alan yerə yerləşdirin. Gündə 1-2 saat ara ilə taxta qaşıqla qarışdırıb suyunun buxarlaşmasını təmin edin. Gecə içəriyə qoyub səhər günəşə çıxarın. Tamamilə, suyunu çəkənə qədər tomatı qatılaşdırın. Duz əlavə edib qarışdırın. Qablara yığıb qapaqlarını bağlayın. Sərin yerdə saxlayın.

Aysel Yaqubqızı / Metbuat.az

Badımcan turşusunun hazırlanma qaydası - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)