Polis İsrailin ikinci ən varlı biznesmenini saxlayıb

Polis İsrailin ikinci ən varlı biznesmenini saxlayıb
13:27 14 Avqust 2017
120 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 avqust. REPORT.AZ/ İsrail polisi silsilə maliyyə cinayətləri törətməkdə şübhəli bilinən tanınmış 5 biznesmeni, o cümlədən milyader Beni Ştaynmatsı saxlayıb. 
“Report” “NEWS.ru”ya istinadən xəbər verir ki, polis hadisə ilə bağlı əlavə məlumat verməyib.
İnformasiyaya görə, 5 iş adamı ilə bağlı araşdırmanı İsrail polisinin “LAHAV-433” bölməsi, ABŞ-ın Federal Təhqiqat Bürosu və İsveçrə polisi birgə həyata keçirib.
Bildirilib ki, Beni Ştaynmats 2017-ci ilin yanvarında rüşvətxorluq yolu ilə 5 milyard dollar qazanıb. Bu məbləğin ona Qvineyanın dövlət məmurlarının verdiyi ehtimal olunur.
Qeyd edək ki, o, 1956-cı ildə İsraildə biznesmen ailəsində anadan olub. 2012-ci ilin məlumatına görə, Ştaynmats İsarildə ikinci ən varlı iş adamı olub. Həmin il onun varidatının 8,1 milyard dollar olduğu bildirilib. O, dünyanın 200 ən varlı adamından biridir. Bu iş adamı almaz hasilatı, briliant ticarəti, tikinti və daşınmaz əmlakın satışı ilə məşğul olaraq, varlanıb. Onun Qazaxıstan, Rusiya və Şərqi Avropa ölkələrində daşınmaz əmlakları var. 


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/polis-i-srailin-ikinci-en-varli-biznesmenini-saxlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR