Çin Şimali Koreyaya qarşı sanksiyalara qoşulub

Çin Şimali Koreyaya qarşı sanksiyalara qoşulub
13:32 14 Avqust 2017
118 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 avqust. REPORT.AZ/ Çin hakimiyyəti avqustun 15-dən Şimali Koreyadan idxal edilən daş kömür, dəniz məhsulları, dəmir, qurğuşun və mədən filizlərinə embaqro tətbiq edəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Ticarət Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd edək ki, bu il avqustun 5-də BMT Təhlükəsizlik Şurası raket sınağına görə Şimali Koreyaya qarşı sanksiyaları sərtləşdirib. Həmin sənəddə bu ölkədən daş kömür, dəmir, qurğuşun, dəniz məhsulları və başqa malların idxalı qadağan edilib.
ABŞ-ın uyğun qurumlarının hesablamasına görə, bu məhdudiyyətlər nəticəsində Şimali Koreyanın illik gəliri 3 milyard dollardan bir milyard dollaradək azala bilər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cin-simali-koreyaya-qarsi-sanksiyalara-qosulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR