Qırğızıstanın müraciəti əsasında İŞİD-in qollarından birinin lideri saxlanılıb

Qırğızıstanın müraciəti əsasında İŞİD-in qollarından birinin lideri saxlanılıb
13:47 14 Avqust 2017
135 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 avqust. REPORT.AZ/ İŞİD terror qruplaşmasının qollarından birinin lideri, qruplaşmaya üzvlər toplamaqla məşğul olan və cinayət törətməkdə şübhəli bilinərək beynəlxalq axtarışa verilən Qırğızıstan vətəndaşı MDB ölkələrinin birində saxlanılıb.
"Report" "Sputnik Qırğızıstan"a istinadən xəbər verir ki, bu barədə Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) mətbuat xidmətindən məlumat veriblər.
Şübhəli daha əvvəl MDB ölkələrindən birinin ərazisində gizlənib.
Xüsusi xidmət orqanlarının məlumatına görə, Qırğızıstanda təxribatçı fəaliyyətini həyata keçirmək üçün xarici ekstremist mərkəzlərin tapşırıqlarını icra edən şübhəli gənclər arasında redikal ideologiyanı təbliğ edib və vilayətlərin birində qruplaşmaya qoşulmaq istəyənlərin toplanılmasını həyata keçirib.
Saxlanılan şəxs artıq ekstremist fəaliyyətə cəlb olunduğunu etiraf edib. O, artıq DMTK-nın istintaq təcridxanasına köçürülüb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/qirgizistanin-muracieti-esasinda-i-si-d-in-qollarindan-birinin-lideri-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR