Mahmud Haşimi-Şahrudi İran Məsləhət Şurasının sədri təyin edilib

Mahmud Haşimi-Şahrudi İran Məsləhət Şurasının sədri təyin edilib
14:07 14 Avqust 2017
116 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 avqust. REPORT.AZ/ İranın ali rəhbəri Seyid Əli Xamənei Məsləhət Şurasının sədri vəzifəsinə Mahmud Haşimi-Şahrudini təyin edib.
“Report” İran KİV-inə istinadən xəbər verir ki, Xaməneinin fərmanına əsasən, Möhsün Rzai isə şuranın katibi vəzifəsində qalıb.
Qeyd edək ki, bu şura 1988-ci il fevralın 6-da təsis edilib. Ələkbər Haşimi-Rəfsəncani 1989-cu ildən vəfat edənədək, yəni 2017-ci ilədək şuranın sədri olub. O, 1999-2009-cu illərdə İranın baş prokuroru vəzifəsində işləyib. Şahrudi 1948-ci ildə İraqın Nəcəf şəhərində doğulub. İraq və İran vətəndaşıdır. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/mahmud-hasimi-sahrudi-i-ran-meslehet-surasinin-sedri-teyin-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR