Dərini ağardan təbii

Dərini ağartmaq üçün bir çox dəri ağardıcı kremlər, maskalar və dəri ağardıcı losyonlar var.

Metbuat.az xəbər verir ki, satışda olan dəri üçün qulluq vasitələrinin keyfiyyət göstəricisinə əmin deyilik, buna görə də, tərkibi bəlli olan, təbii vasitələrdən maska hazırlamaq mümkündür. Dərini ağardan və “peeling” effekti yaradan maska təqdim edirik:

Maskanı hazırlamaq üçün yulaf əzməsi, pomidor suyu və qatıqdan bir çay qaşığı alıb kasaya qoyun. Qarışığı xəmir halına gətirin. Üzünüzə tətbiq edib 20-30 dəqiqə saxlayın. Daha sonra normal su ilə yaxalayın. Pomidor suyu dərinin rəngini açır, yulaf əzməsi “pelling” effekti yaradır. Qatıq isə həm dəri ləkələrini açmaqda, həm də üzünüzə parlaqlıq qazandırmaqda təsirlidir. Bu üsul dəri rənginizi açmaqla qalmayacaq, dərinizdə olan ölü hüceyrələrdən sizi xilas edəcək.

Aysel Yaqubqızı / Metbuat.az

Lazer epilyasiyaya ehtiyac YOXDUR! - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR