Məktəbli geyimlərinin qiyməti nə qədərdir?

Yeni dərs ilinin başlamasına 1 aydan az müddətin qalması ilə valideynlər övladlarına məktəbli geyimi almağa başlayıb.

Metbuat.az xəbər verir ki, artıq valideynlər məktəb hazırlığı üçün alış-verişə başlayıb.

Maraqlıdır, məktəbli geyimlərində qiymət dəyişikliyi baş veribmi?

 “Məktəbli geyim forması məktəbin özü tərəfindən müəyyənləşdirilir”.

Bunu Metbuat.az-a açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

“Hər bir məktəbin Pedaqoji Şurası Nizamnaməyə uyğun olaraq, geyim formasına özü qərar verir. Qərara əsasən geyimin forması, rəngi, üzərindəki müxtəlif rəmzlər şəxsən müəyyənləşdirilir”.

“Bizə məktəblərdən heç bir sifariş gəlmir, məktəblərlə işləmirik”.

Bunu Metbuat.az-a açıqlamasında Bakı Tikiş Evi ASC-nin satış şöbəsinin rəisi Etibar Əzimov deyib.

“Geyimin miqdarı ilə bağlı planımız olmur. Bütün mağazalarımızda istənilən ölçü və sayda məktəbli formalarımız var. Elə bir valideyn yoxdur ki, Bakı Tikiş Evində istədiyi ölçüdə geyim tapa bilməsin. Sexdə 800 nəfər qadın işçi çalışır. Lazım olduğu təqdirdə 1 günün içərisində sifarişi təhvil veririk.

Vahid məktəbli geyimlərinin qiyməti?

Ötən il vahid məktəbli geyimlərinin satışında 7 faiz bahalaşma olmuşdu. Hələlik ötənilki qiymət qalır. Manatın məzənnəsi stabil olduğundan qiymət dəyişikliyi barədə düşünmürük. Məktəbli formaları aşağı siniflər üçün 40, yuxarı siniflər üçün isə 46 manatdır”.

Dünya birjalarında neftin ucuzlaşması nə ilə əlaqədardır? - Açıqlama-Oxumaq üçün tıkla

 Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR