"Nazlı" filmi Hindistanda nümayiş etdiriləcək

"Nazlı" filmi Hindistanda nümayiş etdiriləcək
15:47 14 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 avqust. REPORT.AZ/ Azərbaycan istehsalı olan daha bir filmin beynəlxalq ffestivalda nümayişi nəzərdə tutulub.
"Report"un məlumatına görə, "Nazlı" kinokomediyası noyabr ayında Hindistanda keçiriləcək 48-ci Goa Beynəlxalq Film Festivalının Seçim Komitəsinə təqdim edilib. 
Filmin festivalın xüsusi nümayiş bölməsində tamaşaçılara təqdim olunması nəzərdə tutulur. 
Qeyd edək ki, "Cənnətfilm" və "Zaratustra" kino şirkətinlərinin müştərək istehsalı olan "Nazlı" bədii filminin quruluşçu rejissoru Rəhman Rafiqoğlu, ssenari müəllifləri Rəhman Rafiqoğlu və Tural Fitatdır.
Ekran əsərinin süjet xəttinə əsasən, Nazlı (Xumar Səlimova) çox ağıllı və savadlı olmasına rəğmən, daha çox şıltaqlığa, dəbdəbəli yaşamağa, gecə klublarına, bahalı həyat tərzinə üstünlük verir. Nazlının atası Şamil (Rasim Balayev) ağır təbiətli, yaşına hörmət edən, adət-ənənəyə sadıq olan, ciddi biznesmendir. O, qızının ailə həyatı qurması üçün əlindən gələni edir. Ancaq ailə həyatı qurmaq Nazlının planlarına daxil deyil. Nazlının növbəti gecə gəzintisindən sonra Şamilin səbri tükənir. O, qızının qarşısına şərt qoyur: Ya Nazlı evlənəcək, ya da Şamil qızını var dövlətindən məhrum edəcək. Bundan sonra Nazlının macəraları başlayır. Fimdə baş rollarda Rasim Balayev, Xumar Səlimova, Fuad Poladov, Ülvi Həsənli, Mehriban Xanlarova və digərləri çəkiliblər.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/nazli-filmi-hindistanda-numayis-etdirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR