Bağırsaqları təmizləyən təbii qarışıq

Qəbul edilən qida əvvəlcə mədəyə, oradan isə nazik, daha sonra da yoğun bağırsağa keçir.

Metbuat.az xəbər verir ki, müasir həyat tərzi bağırsaqların işini çətinləşdirir. Bağırsaqlar pis işləməyə başlayır, normal boşalmır və nəticədə burada çoxlu miqdarda toksinlər və digər ziyanlı maddələr toplanır.

Evdə təbii üsulla bağırsaqları təmizləmək mümkündür. 5 dəqiqədə bağırsaqları təmizləyən yüz faiz təbii qarışığı təqdim edirik.

Tərkibi:

5 stəkan qaynadılmış su

1 fincan (150 qr) xurma

1 fincan (150 qr) quru alça

5 dəqiqədə bağırsaqları təmizləyən qarışıq 100 faiz təbiidir. Bu qarışığın hazırlanması çox sadədir. Suyu qaynadın və kiçik parçalara ayırdığınız xurma və alçanı içərisinə əlavə edin. 15 dəqiqə aşağı atəşdə bişirin. Səhərlər qarışıqdan acqarına bir stəkan için. Əlavə olaraq, qarışığa qatıq, taxıl, bir parça çörək də əlavə edə bilərsiniz. Toksinlərin ifrazını sürətləndirmək üçün bir stəkan suya 5-6 alça əlavə edin. Qarışığı gecədən hazırlayıb şkafda saxlayın.

Qeyd edək ki, bağırsaq problemlərinin qarşısını almaq üçün liflə zəngin qidaların yanında çoxlu su içmək lazımdır.

Aysel Yaqubqızı / Metbuat.az

Soğanı bu formada yesəniz, zəhərlənə bilərsiniz - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR